Axtarış...

Bu məktəbi valideynlər maliyyələşdirir? - İDDİA

Bu məktəbi valideynlər maliyyələşdirir? - İDDİA


Ötən ay Xətai rayon NZS qəsəbəsində yerləşən 194 nömrəli tam orta məktəbdə yerli-yersiz pul yığılması, marker, A4 və sinif otaqları üçün pərdələrin valideynlərdən pul yığılaraq alındığı barəsində "DogruXeber.az" informasiya portalında məlumat yayımlamışdıq.

Hətta, yayımlamadan öncə direktor kürsüsünə oturar-oturmaz elektrik naqillərinin təmiri üçün müəllimlərdən pul tələb etdiyinə görə qalmaqal yaşayan direktor Elnarə Zeynalova ilə telefon əlaqəsi saxlayıb onun da bu barədə fikrini almışdıq.

Təbii ki, Elnarə xanım bunu təkzib edərək, hətta israrla bu barədə Bakı Şəhər Təhsil İdarəsinə məlumat vermeyimizi istəmişdi.
Bəlkə də Elnarə xanım bu israrı ilə bu kimi işlərdə "özbaşına" olmadığını işarə edirdi biz anlamadıq.

Əlqərəz....

Sözümüzün canı budur ki, şikayətçi valideynlər tərəfindən redaksiyamıza təkrar müraciət olundu.

Onlar bildirirlər ki, sadəcə biraz söz-söhbət yaşandı ki, "kim şikayət edib". Amma, ikinci sinif şagirdlərindən pul yığıldı, pərdə alındı. Sadəcə hazırda məktəbdə yoxlamalar var deyə, pərdələr taxılmır. Yoxlamalar bitən kimi pərdələrin taxılacağı deyilib.

Görünür, "Dəyirman öz işindədir"...

Bu da o deməkdir ki, xanım fəaliyyətində "tam sərbəstdir". Nə də olsa bu kimi hallar Elnarə xanımın rəhbərliyi dövründə ilk dəfə deyil və hər dəfə də "qoruyucu mələklərinin əhatəsində" rahatlığı da pozulmur.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz