Bakıda ərəb turist dünyasını dəyişib.
Millitv.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
İraq vətəndaşı, 1967-ci il təvəllüdlü Ammar Ali Abed Al-Juvoorin Nərimanov rayonu ərazisindəki "Caspian Bussines" otelində vəziyyəti pisləşib.
O, təcili yardımla Respublika Kliniki Xəstəxanasına çatdırılsa da, orada ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.