Axtarış...

Qənirə Paşayevanın ölümlə bağlı TƏSİRLİ SÖZLƏRİ: "Deyəcəklər ki, adam kimi adam idi””

Qənirə Paşayevanın ölümlə bağlı TƏSİRLİ SÖZLƏRİ: "Deyəcəklər ki, adam kimi adam idi””


Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Millət vəkili Qənirə Paşayeva vəfat etməsindən öncə, verilişlərin birində ölümlə bağlı təsirli fikirlər söyləyib.

Həmin fikirləri olduğu kimi təqdim edirik:

"Heç birimiz bilmirik 10 gün sonra nə olacaq. 10 gün sonra bəlkə də hər hansı birimiz bu həyatda olmayacağıq. Bəlkə bir il sonra... Biz bu dünyadan gedəndə nə aparacağıq? Hər şeyi burada qoyub gedəcəyik. Ən sevdiklərimiz belə bizi torpağa tapşırıb, geri dönəcəklər. Onlar da bizi tərk edəcəklər. Bizdə nə qalacaq? Bir şey - bir il, iki il, üç il sonra kimsə xatırlayanda deyəcək, adam kimi adam idi. Allahın mənə nə qədər ömür verdiyini bilmirəm. Bəlkə 50 yaşa çatmadım. Sufilərin o düşüncəsini qəbul etmiş insanam. Mənim üçün bu gün və bu an var. Mən onun dəyərini bilərək yaşamaq istəyirəm. Çünki bilmədiyim şey mənim deyil".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz