Bu gün müstəqil Azərbaycanın neft salnaməsinə qızıl hərflərlə həkk olunan "Əsrin müqaviləsi"nin imzalanmasından 29 il ötür.Ulu Öndər Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, hər il sentyabrın 20-si Azərbaycanda Neftçilər Günü peşə bayramı kimi qeyd olunur. Azərbaycanın neft sənayesində əldə edilən uģurlarda neftci qadınların öz yeri var. Onlar vətənimizin iqtisadi qūdrətinin yūksəlməsinə öz fədakar əməkləri ilə böyūk töhfələr verirlər. Vaxtı ilə neft sənayesində calışan, hal hazırda təqaūddə olan neftci qadınlarımzın həmrəyliyinə nail olmaq, onları bir araya toplamaq, qazandıqları uģurları nūmayiş etdirmək biz media nūmayəndələrinin ən ūmdə vəzifəsidir. Adlarını qeyd etdiyimiz neftci qadınlarımız- İntizar Əzimova, Səidə Mirizadə, Elmira Xudazadə,Tamilla Məmmədova,, Ofelya Quliyeva, Əzizə Əliyeva, Sevil Qazıyeva təqaūddə olmalarına baxmayaraq bu gūn də respublikamızın ictimayi həyatında fəal iştirak edirlər. Əsrlər boyu zəriflik,gözəllik,ūlivilik və ləyaqət rəmzi olan Azərbaycan qadını, ,əziz neftci qadınlar, bayramınız mübarək. Peşə bayramınız mūnasibəti ilə sizi və neft sənayesinin bütün işçilərini ürəkdən təbrik edirik.
Millitv.az