Qudyalçayın üzərindəki körpünün uçması kimim günahıdır
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Bu gün Qudyalçayın üzərində Xaçmaz-xudat yolunun üstündə yerləşən körpü uçdu.Nəticədə bir nəqliyyat vasitəsi dağılan körpüdən çaya düşdü və 3 nəfər xəsarət aldı.Hadisənin mövcud mahiyyətinə görə nəticəni hətta qənaətbəxş hesab etmək olar.Allah göstərməsin,keçmiş olsun körpü gecə saatlarına dağılmış olsaydı yaşanan faciə daha ağır olardı.AAYD I iki il bundan əvvəl yəni 12 iyul 2021-ci ildə ictimaətə verdiyi sözü tutmuş olsaydı o zaman heç qənaətbəşx nəticəli adlandırdıqımız bu hadisədə baş verməzdi.iki il əvvəl AAYDA Xaçmaz-Xudat yolunda Qudyalçayın üzərindən keçən körpüdə yaranan nasazlıq səbəbi ilə nəqliyyat qovşağının yenidən inşa olunacaqını bildirmişdi.Qrum həmin açıqlamasında körpünün artıq istismar müddətin bitirdiyini və istifadəyə yararsız duruma düşdüyünü qeyd etmişdi.Bu məqsədlə yaxın müddət ərzində həmin körpünün yenidən inşa edilməsi üçün dövlət tərəfindən vəsait ayrılacaqı bildirilmişdi.O zaman hətta körpünün qəzalı hissələri lentlənmişdi.Amma nə baş Verdi?AAYDA i ölkənin ən intensiv hərəkətliliyi olan maqistral yolda yerləşən qəzalı körpünü hər gün o nəqliyyat qovşaqından keçən minlərlə insanın həyatını riskə atmaq bahasına necə deyərlər həyatın axarına buraxdı.Ona görədə bu gün o körpünün uçması səbəbindən xəsarət alan 3 vətəndaşın bu günki müqəddərartı vəzifə öhdəliklərinin tələblərindən hali olmayan AAYDA nin bir başa məsuliyyətsizliyi ilə bağlıdır.Vədinizə zamanında əməl etmiş olsaydız bu fəlakətin baş verməsinidə önləmiş olardız cənab sədr.