Axtarış...

Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq - SƏBƏB



Hazırda Bakı-Sumqayıt yolunda, Xırdalan dairəsi yaxınlığında yerləşən dəmiryolu körpüsü üzərində relslərin sökülməsi işləri həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az -a verilən məlumata görə, bununla əlaqədar hər bir istiqamət üzrə hərəkət intensivlik nəzərə alınaraq hissə-hissə qismən məhdudlaşdırılır.

Təhlükəsizlik baxımından relslərin söküntüsü körpünün sırf hərəkətin məhdudlaşdırıldığı zolaqlar üzərindəki hissəsində aparılır. Körpünün tam sökülməsi işlərinə başlanılan zaman buna müvafiq olaraq da təhlükəsizlik tədbirləri görüləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
Text-to-Speech

DİNLƏ






Şərh yaz