Nahid Bağırov İsmayıllını NECƏ QARIŞDIRIR? - Sakinlər etiraz edir...
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Boş qalmış ərazilər, zəbt olunduğu deyilən torpaqlar, başlı-başına qalmış əkin sahələri… Bura İsmayıllının İvanovka kəndidir. Sovet dövründən qalma kolxozla gün-güzaran sürən İvanovka sakinləri, indi kolxoza hökumət tərəfindən sədr təyin olunduğunu və bunun sakinlər arasında narazılıq yaratdığını deyir. “Kolxoz sədrini onsuz da təyin edirlər. Biz kənd camaatı olaraq kolxoz sədrini nə seçə bilmirik, nə bir şey. Çünki bunlar göstərişlə olan şeydir”, – İvanovka sakini Adil Cabbarov deyir.
Sakinlər deyir ki, sentyabrın 7-də İcra başçısı Nahid Bağırovun göstərişi ilə kolxoz sədri öz işindən azad edilib. Daha sonra sakinlər kolxoz sədrini özləri seçmək istəsə də, rədd cavabı alıblar.Kəndlilər kolxozda hesabatlılığın da olmadığını deyirlər. Sakinlər şikayət edir ki, kəndə kənardan investorlar cəlb olunub. Pay torpaqları da onlara verilib. Beləcə əllərində nə olubsa, itiriblər.
Elə bundan sonra da kənd sakinlərinin maddi sıxıntıları başlayıb. “Niyə kimlərsə Bərdədən, Zaqataladan, Şəkidən gəlib bizim torpağı əkirlər. Biz ac qalırıq. Gedirəm uşaqlarımın evinə. Nəvələr deyir ki, ay baba, yenə əliboş gəlmisən? Deyirəm ay bala, nə ilə alım? Cibimdə bax, 1 manat da pul yoxdur. Kasıbam. Ancaq Vidadi gəlib bizim torpağımızı milyonlarla… İndi İcra da deyir ki, Vidadi kolxoza nisyə benzin verəcək”,- İvanovka sakini Boris Nikolayeviç deyir. Sentyabrın 8-də İvanovka kənd məktəbində iclas keçirilib. Bakıdan gələn nümayəndə heyətinin iştirakıyla baş tutan iclasa nə jurnalistlər, nə də narazı olan vətəndaşlar buraxılıb.
Sakinlərə bildirilib ki, durumdan narazı olanlar İsmayıllı Rayon İcra Hakimiyyətində qəbul ediləcək. Vətəndaşlar isə bundan öncə dəfələrlə icra başçısının qəbulunda olublar və problem həll edilməyib. //meydanTV//