"Hövsan açıq kanalı "Azərsu" ASC-nin balansında deyil. Bu kanal sovet dövründə çəkilib, neft mədənlərinin lay sularının axıdılması üçündür".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı Hövsan kanaldan dənizə çirkab suların axıdılmasını şərh edərkən bildirib. Onun sözlərinə görə, neft ərazilərində inşa olunan yeni massivlərdə yaşayan bəzi vətəndaşlar da öz kanalizasiya xətlərini bu kanala qoşublar: "Hövsan kanalı "Azərsu" ASC-nin balansında olmayan xətdir".
Uzun illərdir ki, Xəzər dənizinə çirkab axıdan, camaat arasında "Hövsan kanalı" adlandırılan kanal yenə də fəaliyyətdədir. İllər keçsə də, heç bir qurum dənizə çirkab suları axıdan bu kanal barəsində tədbir görmür.
Sakinlərin dediyinə görə, bura təkcə Hövsan ərazisində inşa olunmuş yeni tikililər deyil, Zabrat-1, Zabrat-2, Sabunçu, Ramanı, Suraxanı və Binə qəsəbələrindən də tullantı suları axıdılır.
Hövsan kanalı sayəsində bu ərazi üfunət iylənir, ətrafı pis qoxu bürüyüb.
Sakinlərin sözlərinə görə, Hövsan kanalı 1902-ci ildə paytaxtın şimal-şərqində qarışıq çirkabı axıtmaq üçün tikilib. Sonradan illər keçib və 1956-cı ildə Neft sənayesinin inkişafı ilə əlaqədar kanal genişləndirilib. Əvvəllər bu kanal Dövlət Neft Şirkətinin balansında olub. İndi kanalın sahibi bilinmir. Əvvəllər kanalın qapalı kanal formasına salınması və dənizə çıxışı qarşısında Bioloji Təmizləyici Qurğunun tikilməsi nəzərdə tutulsa da, bu işlər yarımçıq saxlanılıb. Kanalın dənizə töküldüyü yerdə isə təmizləyici qurğu tikilməyib. Bu o deməkdir ki, tullantı suları təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdılır.
Hövsan Qəsəbə Bələdiyyəsinin sədri Elburus Xəlilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Hövsan kanalına nəzarət "Azərsu" ASC-yə adiddir.
"Biz o kanalı, ətrafını təmizləməkdən yorulmuşuq. Bələdiyyə nə məişət tullantısı toplayandır, nə də kanalizasiya təmizləyən. Hansı ərazilərdə kanalizasiya xətti yoxdursa, biz "Azərsu" qarşısında məsələ qaldırırıq, məktubla müraciət edirik. Bələdiyyə daha nə etməlidir? Dövlət büdcəsindən vəsait ayrıldıqca, mərkəzləşmiş kanalizasiya xətləri çəkilir" - deyə bələdiyyə sədri bildirib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov da dəfələrlə bəyan edib ki, Xəzər dənizi sahilində ən böyük problem "Hövsan kanalı"dır. Kanala iki növ su - neft tərkibli lay suları və təsərrüfat–məişət mənşəli tullantı suları daxil olur. Bu kanal heç bir standartlara cavab vermir. Kanal özü ilə neft və neft məhsulları olan lay suları, eyni zamanda məişət mənşəli tullantıları daşıyaraq dənizə tökür.

VİDEO BURADA:
My Webpage