Axtarış...

Nazirdən sahilboyu ərazilərdəki iaşə obyektləri ilə bağlı AÇIQLAMA



“Sahilboyu və digər rayonlarımızda çirkab sularının düzgün idarə olunmaması müşahidə olunur. Bununla bağlı müxtəlif layihələr işlənir”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, əksər regionlarda “Azərsu” ASC tərəfindən bu işlərə başlanılıb:

“Xüsusən bizi narahat edən məqam Abşeron yarımadası, Xəzər dənizi sahilboyu ərazilərdə yenə də çirklənmələrin olmasıdır. Sahil zolaqlarında yerləşən iaşə obyektlərində, xüsusən Hövsan, Sumqayıt tərəfdə və bir neçə nöqtədə narahatedici məqamlar var. Bununla bağlı “Azərsu” ASC tərəfindən müvafiq xəbərdarlıqlar edilib”.

“Bir neçə ildir ki, nazirlik tərəfindən çirkləndiricilərə qarşı barışmaz mövqe nümayiş etdirilir. Bir neçə çirkləndiricilər barədə məhkəmələrə də müraciət etmişik və onlar cərimə olunublar”, - deyə nazir qeyd edib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz