Axtarış...

"Bərbad xidmət göstərirlər..." - GİLEY



"Şikayətim "Umico" marketdəndir. Əvvəllər çox yaxşı rahat idi, amma son neçə aylardır ki..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" ssial qrupundakı paylaşımında Xəyal Balayev adlı istifdəçi giley edir.

Narazı vətəndaş daha sonra qeyd edir: "Bərbad xidmət göstərirlər, həm operatorlar, həm məntəqə cəhətdən, həm də "Watsapp"larındakı operatorlar... Təsəvvür edin, nəm "salfetka"lar sifariş edirəm, 30 ədəd (taksitlərə bölünür) qəbul edirlər. 2 gün keçir ki, məntəqəyə yerləşdirə bilmirik və səbəb "yer yoxdur"... Deyirəm, ay operator, şəhər içində 1 kvadrat yer götürmüsünüz, təbii ki yerləşdirə bilmərsiz də.

Məntəqəyə gedirəm kimsə süpürgə, pol taxtası, vedrəsi ilə... Bunlar nətər yerləşirdi, "salfetka" yerləşmir. Hətta gülünc bilirsiz nədir, 200 ml şampun sifariş etmişəm, zəng edir ki, yer yoxdur qoymağa... O şampun kurtkanın cibinə yerləşir ee...

Şikayət edirsən, xidmətin vəkili 3-5 gündən sonra yığır. Gör nə qədər şikayət var ki dərhal zəng etmirlər... həm də deyirlər ki kuryer ilə göndərək. Başa sala bilmirəm ki, işimlə əlaqədar alınmır görüşmək. Ağızlarına yaxşı söz düşüb, üzr istəyirik... Neynəyirəm üzrünü ki mənim işimi həll edə bilmirsən... Neçə adamlardan maraqlanmış ki, onlardada bu hal yaşanıb, demək son zamanlar çox bərbad xidmət aparır..."

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ






Şərh yaz