Axtarış...

Marketlərdə qul əməyi geniş yayılıb


Azərbaycanda quldarlıq quruluşuna kimlər rəvac verir?
Azərbaycanda rəsmi statistika işsizliklə bağlı gerçək mənzərədən xəbər vermir. Ölkədə işsizlərin sayı rəsmi sənədlərdə göstəriləndən dəfələrlə çoxdur. Elə əməkhaqqı ilə bağlı vəziyyət də belədir. Ən acınacaqlısı isə qul əməyinin ölkədə getdikcə daha çox rəvac tapmasıdır. İşsızlərin sayının rekord həddə yüksəlməsi bəzi işbazlara insanların əməyini istismar etməyə əlverişli imkan yaradır. Qul bazarları barədə çox yazılıb, çox deyilib. Lakin insan ləyaqətini alçaldan bu quldarlıq forması ölkədə fəaliyyət göstərən bir sıra market şəbəkələrinin tətbiq etdiyi iş qaydaları ilə müqayisədə toya getməliymiş. “Rahat” marketlər şəbəsində işçilərə qeyri-insani münasibət barədə məlumat vermişdik. Bu mağazalarda nəzarətçi-müdir işləyən 25-27 yaşlı gənclərin 17- 35 yaşlı işçilərlə təhqiramiz rəftarı, onlarla aşağılayayıcı tərzdə davranmaları açıq hiddət doğurmuşdu. Lakin “Al” marketlər şəbəkəsində çalışmış keçmiş əməkdaşın mənimlə söhbət zamanı dilə gətirdiyi dəhşətli faklardan sonra bu obyektlərdə apardığım monitorinqlər burda işçilərin sözün əsil mənasında qul əməyi ilə istismar olunduğunu açıb göstərdi.Marketlərdə qul əməyi geniş yayılıb
Bu mağazalar şəbəkəsi Azərsun Holdinqə bağlıdır və qrupa Türkiyədən gələn bir kürd iş adamı başçılıq edir. Təəssüf ki, şərkətlər qrupu və rəhbərliyi haqqıında bundan artıq məlumat öyrənmək mümkün olmadı. Bu mağazalarda iş vaxti əmək müqaviləsində 8 saat qeyd edilsə də əslində bir çox hallarda işçilər səhər saat 8-dən 22.00 -a kimi çalışdırılır. Həmin mağazalardan birində olarkən 18-19 yaşı qızlar mənə ayaqlarını göstərdilər. Ayaqlarının altı çat-çat idi və yaralarından qan axırdı. Onların bu çarəsiz durumu ürəyimi ağrıtdı. Axsaya -axsaya gəzir və bunu bəlli etməməyə çalışırdılar. Onlar gələcəyin anasıdırlar və bu qizlarin fiziki cəhətdən şikəst edilməsi əsi cinayətdir. Belə ki¸ çox böyük sahəyə malik mağazada cəmi 2-və ya 3 işçi çalışır. Bu qzlar həm satıcı, həm yükdaşıyan, həm kassir, həm də xadimə funksiyasını yerinə yetirirlər. Öyrəndim ki, gün ərzində cəmi bir dəfə çay fasiləsi olur və işçilər 3 dəqiqə ərzində oturmaq fürsəti qazanırlar. Yemək fasiləsi isə cəmi 25 dəqiqə çəkir. Başqa vaxt işçilərə dinclərini almaq üçün bir dəqiqə belə oturmağa izin verilmir. Bəlli oldu ki, mağazada hər işçı 3 adamın yerinə işlədilir. Döşəməni silən işini yarımçıq qoyub müstəri üçün mal çəkməyə və ya kassaya tələsir. Bi isə açıq -aşkar antisanitariya vəziyyəti yaranmasına gətirib çıxarır. Əgər işçilərdən biri xəstələnər və ya işdən gedərsə, yeni satıçı gələnə qədər tək qalan işçı 14-15 saat çalışmağa məcbur edilir. Yeni işçının gəlməsi isə bəzən bir həftə, 10 gün çəkir. Onlar 14 saat işlədilsə də səkkiz saatlıq əməkhaqqı yazılır və bu maaş cəmi 450 manatdir. Gecə saat onda maqaza içəridən bağlanır və satışların haqq-hesab prosesi başlayır. Bu proses də ən azı yarım saat-45 dəqiqə davam edir və işçilər yanız 11-ə qalmış evlərinə buraxılır. Bu dəhşətli faktların şahidi olandan sonra öncə Azərbaycan Həmkarlar İttifaqi Konfederasiyasına zəng elədim. Qurumun gənc əməkdaşı mənə bildirdi ki, həmin şirkətlər qrupunda həmkarlar təşkilatı olmadığı üçün onların işinə müdaxilə etməyə sələhiyyətləri çatmır. Burda söhbət sırf insan haqlarının pozulmasından getdiyi üçün bu dəfə Ombudsman aparatına müraciət etdim. Dəstəyi qaldıran gənc məni səbirlə dinləyəndən sonra qurumun nizammamə bəndlərini mənə “başa saldı”. Bidirdi ki, sözügedən bəndlərə görə, onlar yalnız dövlət idarələrində və bələdiyyələr tərəfindən insan haqlarının pozulması hallarında müdaxilə edə bilərlər və həmin maqazalar şəbəkəsi özəl obyektlər olduğundan onların işinə qarışa bilməzlər. Söhbətin sonunda isə mənə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyinə müraciət etməyi məsləhət gördü. Onun dediyi kimi elədim. Nazirliyin qaynar xəttinə zəng elədim və problemi diqqətlərinə çatdırdım. Telefondakı qiz məni dinləyib şikayətin qeydə alındığını bidirərək təşəkkür etdi və dəstəyi asdı. Sonra qida Təhlükəsizliyi agentliyi ilə əlaqə saxladım və və sözügedən mağazalarda xadimə vəzifəsini satıcı qızların yerinə yetirdiyini və onların əllərini yumadan ərzaqlara toxunduğunu diqqətə çatdırdim və əllərini yumaq üçün sadəcə vaxtlarının olmadığnı əlavə etdim. Heç kimə sirr deyil ki, Azərbaycanda vətəndaşların əmək hüquqları ən kobud şəkildə pozulur. Vəziyyətin nə qədər acınacaqlı olduğunu isə təbii ki, hamıdan yaxşı Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bilir. Çünki məhz dövlətin bu qurumu əmək hüquqlarını müdafiə etməyə məcburdur. Amma Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaşların hüququnu qoruyurmu və ya satıcı qızların pozulan hüquqlarını bərpa edə biləcəkmi? Yaşayarıq, görərik.
Millitv.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz