Açıqlanan son rəsmi məlumatlara görə, Azərbaycanda 314,9 min nəfər işsiz insan olub.
Millitv.az yeniavaz.com-a istinadla xəbər verir ki, işsiz insanların sayı iqtisadi fəal əhalinin 6%-ni təşkil edib.
Məlumat üçün bildirək ki, Azərbaycan bu göstəriciyə görə dünya ölkələri arasında orta sıralarda yer alır.
Hazırda işsizlərin ən çox olduğu ölkə Konqo hesab olunur. Bu ölkədə iqtisadi fəal əhalinin təxminən yarısı – 46,1%-i işsizdir. İşsizlərin ən az olduğu ölkə isə Qətərdir və bu ölkədə iqtisadi fəal əhalinin cəmi 0,1%-i işsizdir.
Onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikası işsizlərin sayının az olmasına görə dünyada ilk sırada yer alır. Statistika Komitəsinin məlumatına görə Muxtar Respublikada cəmi 252 işsiz insan var və bu, iqtisadi fəal əhalinin cəmi 0,09%-nə bərabərdir.
Xatırladaq ki, 2012-2018-ci illərdə Naxçıvanda məşğulluq xidməti orqanları tərəfindən işsiz şəxs qeydə alınmayıb. 2011-ci ildə Naxçıvanda 32 nəfərə işsiz statusu verilib. Sonrakı illərdə Muxtar Respublikada işsiz statusu alan şəxs olmayıb. Yalnız, 7 illik fasilədən sonra 2019-cu ildə Naxçıvanda 72 nəfər işsiz qeydə alınıb.