Axtarış...

Xəzər rayon Tibbi Mərkəzi BAZARDIR, yoxsa? - İTTİHAM VAR!


Ölkəmizin səhiyyə sisteminin bərbad durumda olması heç kimə sirr deyil. Hələ uzun illər əvvəl sabiq səhiyyə naziri Əli İnsanovun, sonra keçmiş nazir Oqtay Şirəliyevin dövründə ölkə səhiyyəsi iflas həddinə gəlmişdi.
Təsəvvür edirsiniz, bütün imkanlı şəxslər Avropaya, az imkanlılar Türkiyə və İrana üz tutur. Kasıb təbəqə isə qalır Azərbaycan səhiyyəsinin ümidinə. Kasıbın həm cibini, həm də canını o məsələ...
Son illərdə, həkimin xəstə ayağın əvəzinə sağlam ayağı kəsməsi-amputasiya etməsi, kor bağırsaq əvəzinə nazik bağırsağı kəsməsi ölkədə söylənilir. Son illərdə isə səhiyyə naziri Teymur Musayevin, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əməlləri nəticəsində ölkə səhiyyəsində ikitirəlik yaranıb, kimin əli kimin cibindən çıxır bilinmir.
Təsəvvür edirsiniz, bir rayonun ərazisindəki onlarla tibb müəssisəsi birləşdirilərək, Allah qoymasa, Tibbi Mərkəzlər yaradılır və eyni adam həm doğum evinə, həm stomotoloji klinikaya, həm kardiloji məsələlərə və s. rəhbərlik edir.
Belə Tibbi Mərkəzlərdən biri də Xəzər rayonundakı Xəzər Tibbi Mərkəzidir (Publik hüquqi Şəxs). Mərkəzin BAŞ direktoru kim olsa yaxşıdır..? Bəbirov Tərlan Asif oğlu... Bəbirovun kimliyi barədə birazdan.
Gəlin, görək, Xəzər Tibbi Mərkəzinə hansı qurumlar daxildir: 26 saylı Birləşmiş Şəhər Xəstəxanası, 14 saylı Birləşmiş Şəhər Xəstəxanası, Zirə Sağlamlıq Mərkəzi, 9 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası, 3 nömrəli Uşaq Vərəm sanatoriyası, 7 nömrəli Vərəm əleyhinə dispanser, 45 nömrəli Şəhər Poliklinikası, “Qaranquş” Uroloji sanatoriyası, “Abşeron” mədə-bağırsaq sanatoriyası, Kəbirə Məmmədova adına Klinika, Respublika Uşaq sanatoriyası, 1 №-li Psixonevroloji Sosial Xidmət müəssisəsi, 5 saylı Uşaq vərəm sanatoriyası, “Günəşli” nevroloji sanatoriyası, Hərbi Dəniz Qüvvələrinin Mərdəkan İstirahət Pansionatı, Müharibə Veteranları Respublika Xəstəxanası, Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyinin Şağan Reabilitasiya pansionatı, Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyinin Mərdəkan Reabilitasiya pansionatı, Professor Gindes adına uşaq və yeniyetmələr üçün sümük vərəm sanatoriyası, 17 saylı şəhər poliklinikası, 4 saylı Uşaq sanatoriyası, Tibbi Reabilitasiya Mərkəzi, 1№-li Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün xidmət müəssisəsi, Sanatoriya-kurort reabilitasiya mərkəzi.
İndi əyani olaraq gördünüzmü, bir ADAMA bu qədər tibb müəssisəsini veriblər, o da sağa-sola idarə edir. Təsəvvür edirsiniz, bu adam Azərbaycan səhiyyəsində korrupsioner kimi ad çıxarıb, uzun illər Kliniki Tibbi Mərkəzin ( Semaşko) baş həkimi, sonra Bakı Sağlamlıq Mərkəzinin direktoru, daha sonra 26 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Və oradan da Xəzər rayonunun səhiyyəsinə təşrif buyurub və hazırda Mərkəzin Baş direktorudur.
Tərlan Bəbirov haqqında uzun-uzadı danışmaq və yazmaq istəmirik. Sadəcə, xatırlatma üçün onu qeyd edək ki, o, ölkənin ən böyük xəstəxanası olan “Semaşko”da çalışarkən hər qeysəriyyə doğuşundan ona 1000, təbii doğuşdan 500, cərrahiyyə laparoskopik əməliyyatlardan, sadə əməliyyatlardan, qəbul şöbəsindəki xəstələrdən, hətta rayondan gələn xəstələrdən nə isə çatırdı.
Tərlan Bəbirov xəstələrə dövlət hesabına verilən dərmanları, ərzağı pulla satırdı. “Semaşko”dakı həkimlər Tərlan Bəbirovun əlindən bezmişdi. İndi təsəvvürünüzə gətirin BELƏ BİR ADAMA Xəzər rayonundakı onlarla tibbi müəssisəsi tabe edilib.
Yuxarıdakı siyahıya yenidən baxın və vəziyyəti təsəvvür edin. Bütün bunlardan sonra Tərlan Bəbirovun elə əməlləri var ki...heç bir ölçüyə, əndazəyə sığmır.
Yaxın günlərdə tam dəqiqləşdirib Tərlan Bəbirovun Almaniyada hansı adla yaşadığını, Bakı Şəhər İcra Hakimiyyətində inspektor işlədiyi dövrü, Abbas Vəlibəyovla yaxın münasibətlərini və s. barədə yazı dərc edəcəyik. Bizi izləyin. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz