Axtarış...

Göyçayda və İsmayıllıda dövlətə ziyan vuarnlar kimlərdir? - "Kənd Təsərrüfatına ciddi ziyanlar dəyir..."

Göyçayda və İsmayıllıda dövlətə ziyan vuarnlar kimlərdir? - "Kənd Təsərrüfatına ciddi ziyanlar dəyir..."


Göyçay şəhəri sakinləri adından ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bir qrup şəxs əlbir olaraq gübrə və kənd təsərrüfatı təyinatlı dərmanlara ayrılmış vəsaitlərin qanunsuz olaraq nəğdləşdirirərək cinayət əməli törədirlər.Hansı ki, dövlət büdcəsindən hər il kənd təsərrüfatı məhsullarının əkilməsi üçün küllü miqdara vəsait ayrılır güzəştli gübrə verilir.Bir qrup şəxs həmin gübrəni aşağı qiymətə kəndlilərdən nəgd pula alıb satışa çıxarırlar.Bu isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatına küllü miqdarda ziyanlar vurur.Məsələnin kökü əkilməyən torpaqlara qanunsuz olaraq subsidiya yazan vəzifəli şəxslərdədir.Bu korrupsiya şəbəkəsinin törətdiyi ağır cinayətin obyektiv araşdırılıb təcili tədbirlər görülməsinə zərurət var.
Göyçay və İsmayıllı rayonlarında bu cinayətkar şəbəkəni vəzifəli şəxslər himayə edirlər.Çünki bu qanunsuzluqla küllü miqdara vəsait əldə edirlər.İtirən isə Azərbaycan Dövləti olur ki, nəticədə də Kənd Təsərrüfatına ciddi ziyanlar dəyir.
Həmin gübrələr maqazinlərdə baha qiymıtı satışa çıxarılır.İsmayıllı rayonunda bu işə Sədyar adlı şəxs və iki oğlu baxır.Göyçay rayonunda isə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Göyçay şöbəsinin rəis müavini Rafael Əliyevin ailə üzvü Abid Əliyev baxır.Abid Əliyev bir neçə il əvvəl özünə 2-ci dərəcələ müharibə əlili dərəcəsi təyin etdirə bilib.Hansı ki, Abid Əliyev yaralanmayıb onda heç bir əlillik əlaməti yoxdur.
Belə şəxslər əlbir olub Azərbaycan Dövlətinə küllü miqdarda ziyanlar vursalarda onların barəsində heç bir tədbir görülmür.

Sizdən xahiş edirəm bu şəxslərin cinayət əməllərinə hüquqi qiymət verəsiniz və qanunu tədbirlər görəsiniz".

İddia olunanlarla bağlı Millitv.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz