Axtarış...

Göyçayda narazılıq yaradan kimlərdir? - Müraciət...

Göyçayda narazılıq yaradan kimlərdir? - Müraciət...


Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahov və dövlət ittihamçısı Rauf Qasımov maraqlı biznes qurublar – Şillə-təpik biznesi. Hakimlə dövlət ittihamçısının birgə biznesinin qaydalarına görə, rayonda istənilən adamı, Məşədi İbadın sözü olmasın, yerə yıxıb ağzını-burnunu əzə, maşınla vura, hətta öldürməyə cəhd edə bilərsən. Yetər ki, hakimə və dövlət ittihamçısına bunun haqqını ödəyəsən.

Amma başqalarına əzab verməkdən zövq alan sadizm xəstəliyinə mübtəla olanlar bu xəbəri eşidib dərhal Göyçaya axışmasınlar. Mümkündür ki, evdəki hesab bazara uyğun gəlməyə. Çünki bu rayonda şillə-təpiyin qiyməti düşündüyünüz qədər də ucuz deyil.

Göyçay rayonu Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlunun Ovqat.com vasitəsilə Prezident İlham Əliyevə ünvanladığı şikayət məktubuna görə, hakim İbrahim Fəttahov və dövlət ittihamçısı Rauf Qasımovun təpik-şillə biznesinin mərkəzinə çevrilən rayonda mazoxist duyğuların təmin edilməsinin qiyməti 15 min-20 min manat arasında dəyişilir.

“Məndə belə bir təssürat yaranır ki, 15.000 və ya 20.000 manat düzəldim, verim hakimə, kimi istəsəm döyüm və heç bir məsuliyyətə cəlb olunmayım”, - şikayətçinin ölkə başçısına ünvanladığı məktubda belə deyilir.

Məktubu kiçik ixtisarla təqdim edirik.

Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahovun və dövlət ittihamçısı Rauf Qasımovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yol verdikləri qanunsuzluğa görə dövlət qanunları açıq-aşkar pozulmuşdur.

Belə ki, 03 aprel 2020-ci il tarixdə bir qrup şəxs tərəfindən mənim həyat və sağlamlığıma qarşı sui -qəsd hadisəsi törədilmişdir. Həmin şəxslər qabaqcadan əlbir olaraq məni avtomobil ilə öldürmək niyyətilə vurmuş, ölmədiyimi gördükdən sonra isə qrup şəklində məni döyərək az ağır bədən xəsarətləri yetirmişdilər. Nəticə etibarı ilə kənar şəxlərin köməyindən sonra iradələrindən asılı olmayan səbəblərə görə məni hadisə yerində yaralayıb köməksiz vəziyyətdə qoyub qaçıb getmişlər.

Cinyət işini araşdıran Göyçay Rayon Polis Şöbəsinin istintaq müstəntiqi Elnur Tağıyev məni döyən 6 nəfər cinayətkarın 5 nəfərindən şahid düzəldərək bir nəfəri təqsirləndirilən şəxs kimi cinayətə cəlb etmiş, digər cinayət iştirakçılarını isə cinayət məhsuliyyətindən yayındırmışdır. Çoxsaylı şikayət ərizələrimdən çox sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə cinayət işi açılmış və baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilmişdir. Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fətathov və dövlət ittihamçısı Rauf Qasımov külli miqdarda rüşvət qarşılığında cinayət işini yügülləşdirərək məhkəmənin iclas protokollarını, məhkəməyə təqdim etdiyim sübutları saxtalaşdıraraq təqsirləndirilən şəxsin ittiham olunduğu maddəni yüngülləşdirib həmin maddənin 1-ci bəndinə keçirərək azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin etmişdilər.

18 iyun 2020-ci il tarixdə mən çörək yeyərkən təqsirləndirilən şəxsin satıcısı və yaxın qohumları tərəfindən şərlənərək hakim İbrahim Fəttahovun qərarı ilə həbs olunmuşam.

Belə ki, təqsirləndirilən şəxsin qohumu olan öyrədilmiş şəxs yemək yediyim vaxt yaxınlaşıb məni söyüb təhqqir etmişdir. Buna görə məni inzibati qaydada qanunsuz olaraq 8 gün müddətində həbs etdilər.

Məndə belə bir təssürat yaranır ki, 15.000 və ya 20.000 manat düzəldim verim hakimə kimi istəsəm döyüm və heç bir məsuliyyətə cəlb olunmayım.

Mənim əlehimə öyrədilib şahid kimi yalan ifadəsi alınan şəxsin video çıxışını sizə təqdim edirəm. Həmin şahid şəxsən söyləyir ki, «Səbuhi Quliyevin orda günahı olmayıb. Təqsirləndirilən şəxsin qohumu Teyyub yalançı şahidlik üçün bizə - hər şahidə 500 manat pul verib”.

Hörmətli Prezident Hörmətli Mehriban xanım Sizdən xahiş edirəm küllü miqdarda rüşvət alaraq qanunsuz hökm çıxarmış Göyçay rayon Məhkəməsinin hakimi İbrahim Fəttahovun barəsində ciddi tədbirlər görəsiniz.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz