Şərur sakini şok faktları açıqladı - Prezidentə müraciət olundu
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Naxçıvan Muxtar Respublikası (MR), Şərur rayonu, Tənənəm kənd sakini Dünyamalıyev Həmzə Arif oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:
“Cənab Prezident!
Mən, Dünyamalıyev Həmzə Arif oğlu, Şərur rayon Tənənəm kəndində yaşayıram. Bizim 20 illik suyumuz kəndin icra numayəndəsi Qafarov Həsən tərəfində qəsdən kəsilib.
Fuad Nəcəfli şəxsən bizim kənddə olarkən, müraciətimizə uyğun olaraq suyun bərpası ilə bağlı göstəriş verdi. Hətta bu göstərişə əsasən, Şərur rayon icra başçısı Kamal Cəfərov suyun 2 gün ərzində bəpa olunacağını söylədi. Lakin həmin göstərişdən 24 gün sonra su bərpa olunmadı.
Bizim çoxsaylı şikayətlərimizə əsaslanıb, su iddialarımızı dəyişdirib, mənə və qardaşıma 10 sutka müddətinə həbs verdirdilər. Səbəsiz və yalan iddialarla.
Mən 2-ci qrup gözdən əlil olduğum halda Şərur Rayon Xəsdəxanasından adıma saxta sağlamlıq arayışı hazırlandı və 4 dəqiqəlik məhkəmə iclasında haqsız, sübutsuz yerə mənə və qardaşıma böhtan atılaraq, həbs edildik. Guya, biz kəndin icra numayəndəsinə və ailəsinə təhqiredici sözlər ünvanlamışıq.
Xahiş edirəm, həbs olunmamızdan 4 gün əvvəl yanımızda olan və həbs olunmağımıza şahidlik edən Eyvazov Mustafa Rəcəb oğlu və Eyvazov Sabir Rəcəb oğlu müəllim qardaşları dindirilsin və bizim kənd icra numayəndəsi, rayon icra başçısının 1-ci müavini İmran Əliyevin atasına təhqiredici sözlər ünvanlamağımızı sübüt etsinlər.
Cənab Prezident!
May ayının 4-də mən saatlarla rayon icra başçısını gözlədikdən sonra başçı və müavini ilə görüşdüm. Kamal Cəfərov və 1-ci müavini İmran Əliyevdən nə qədər xahiş etsəm də, yalvarsam da mənə məhəl qoymadılar. Başçı qeyd etdi ki, bu problemlə bağlı heç nə edə bilməz, bunu yalnız kəndin icra numayəndəsi Həsən Qafarov həll edə bilər.
Başçı getdikdən sonra, mən müavini İmran Əliyevlə söhbət etdim. O, Həsən Qafarovun oğlu - saxtakar, rüşvətxor DTX işçisi Sərxan Qafarovla telefon danışığı apardı. Sərxan Qafarov telefon danışığında bütün problemlərin, həmçinin aramızdakı anlaşılmazlığın da həll olunacağını söyləyərək, bizi məhkəməyə dəvət etdi. Məhkəmədə isə 4 dəqiqə ərzində yalançı şahidlərə Şərur rayon Daşarx sakini Əfsər və Aralıq kənd sakini Zaura əsaslanıb, qardaşımı və məni 10 gün müddətində həbs etdilər.
Sərxan Qafarovun saxtakarlığı və rüşvətxorluğu bütün kəndə və eləcə də Şərur rayonuna məlumdur. Sərxan Qafarov hal-hazırda DTX işçisidir. Kənd sakinlərindən eşitdiyimə və bildiyimə görə, onun erməni qohumları var və onlarla yaxın münasibətdədir. Belə ki, Sərxan Qafarovun xalası Sanver Qriqoryanın (Samir) yoldaşıdır. Belə fikirləşirəm ki, həqiqətən də qohumluğu varsa, deməli, bu insan təhlükəlidir. Və belə bir orqanda işləyirsə, daha da təhlükəlidir.
Cənab Prezident!
Sizdən xahiş edirəm, Naxçıvanı acgöz məmurların əlinə verməyin.
Və bu yazıdan sonra mən yenidən həbs edilsəm, yaxud da başıma nəsə gəlsə cavabdeh Sərxan Qafarovdur”.
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.