Axtarış...

Yarımmilyonluq "Bentley"i olan icra başçısı Əhəd Əbiyevin motosikleti də varmış - İLGİNC İDDİA

Yarımmilyonluq "Bentley"i olan icra başçısı Əhəd Əbiyevin motosikleti də varmış - İLGİNC İDDİA


Daşkəsən rayonunun İcra Başçısı Əhəd Abıyev qalmaqallı adam olmaqla yanaşı, həm də böyük maddi imkanlara sahib olan məmur kimi tanınır.

Millitv.az bildirir ki, 32gun.az mətbyatda və sosial şəbəkələrdə yayılan məlumatıara istinadən xəbər verir ki, onun böyük gəlirlərə çıxışı isə hələ deputat olan zamanlardan başlayıb.

Daşkəsənin icra başçısı təkcə vəzifə deyil, həmçinin digər işlərin də həvəskarıdır. Məsələn, o, maşın kolleksiyası həvəskarıdır.

Məlumatlara görə, Əhəd Abıyevin maşın kolleksiyasında ən bahalı avtomobil “Bentley”dir. Qiyməti 500 min manat civarında olan bu maşından başqa, Daşkəsənin icra başçısının digər bahalı avtomobilləri də var. Özünün ən çox istifadə etdiyi maşın isə motorunun gücü 4700 kub olan “Toyota Lexus”dur ki, onun da qiyməti 150 min manatdan ucuz deyil.

Hətta mətbuatda qeyd edilir ki, Əhəd müəllimin "Bentley"i iki dənədir.

Amma Əhəd Abıyev təkcə, avtomobil deyil, həm də motosiklet həvəsində olan icra başçılarından sayılır. Əldə etdiyimiz məlumatlara görə, Daşkəsənin icra başçısı hələ bir neçə il öncə özünə 23 min dollar dəyərində olan “Honda” firmasının istehsalı olan motosiklet alıb.

Qeyd edək ki, bu bizim araşdırmalarımız nəticəsində bəlli olan kolleksiyanın bir hissəsidir. İcra başçısının digər bahalı avtomobillərin sahibi olması istisna deyil.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz