Axtarış...

Yasamalın icra başçısından daha bir ŞİKAYƏT - FOTO

Yasamalın icra başçısından daha bir ŞİKAYƏT - FOTO

Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində piyada səkiləri zəbt edilib, səki avtodayanacaq kimi istifadə edilir.

Millitv.az-ın məlumatına görə, Tribunainfo.az yazır ki, “Azad Azərbaycan” teleradio şirkəti ilə üzbəüz səki parkinqə çevrilib. Sakinlərin sözlərinə görə, burada avtobus dayanacaq məntəqəsi olsa da, sərnişinlər üçün şərait yaradılmayıb, dayanacaq pavilyonu yoxdur.

Sakinlər yazır ki, yağışda islanan, qızmar günəşin altında avtobus gözləyən sərnişinlər yaxınlıqdakı gül salonuna sığınırlar.

Sözügedən dayanacaqdan 39, 77 və 205 saylı marşrut avtobusları hərəkət edir və yol işlək yoldur. Sakinlər Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etsələr də heç bir tədbir görülməyib.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz