Axtarış...

"Azpulmat" pul qazanmaq üçün kiber cinayətə əl atıb...? EHTİYATLI OLUN! FOTOLAR


Qeyd edək ki, qısa zaman kəsiyində Azərbaycanda bir çox kredit verən şirkətlər yəni Bank olmayan Kredit editorləri peyda oldu. Bu zaman kəsiyi kimlərinsə dadına kimlərinsə ciddi problemlərlə üzləşməsinə gətirib çıxarmışdır. İndi sözünü açacağımız məsələ Kredit təqdim edən onlayn sistemdən olacaq. Belə ki, bu "Azpulmat" adlı onlayn kredit təşkilatı mobil vasitə ilə tətbiqdən istifadə eyməklə əldə edilən kredit növüdür. Amma krediti verən şəxsin sizin məhrəminizə müdaxilə kimi izni olub olmaması qanunla təsbit edilir. Yəni kiminsə şəxsi məlumatlarına müdaxilə etmək artıq Azərbaycan Respubıikasının Cİnayət Məcəlləsində əməl olaraq cinayət hesab edilir. Kiber cinayətlər silsiləsinə daxil edilən bu məsələ görünür "Azpulmat" MMC-nin hec narahat etmir.

Bəs “Azpulmat” vasitəsilə onlayn şəkildə necə kredit əldə etmək olar?

Android telefonlarda “Playstore”dan “Azpulmat” proqramı yüklənilir. Proqram yüklədikdən sonra qeydiyyatdan keçən zaman mobil nömrə tələb edilir, telefon nömrəsinə sms kodu gəlir. Onu da qeyd edək ki, telefon nömrəsi yalnız öz adınıza olmalıdır.

Şəxsiyyət vəsiqənizdəki məlumatları oxutmaq üçün smartfonun kamerasından istifadə edərək sənədi MRZ Skan etməlisiniz. Skan etdikdən sonra yeni açılan səhifədə istədiyiniz borcun məbləği və müddəti göstərilir. 20 AZN məbləğində 10 gün müddətinə kredit verilir, ödəniləcək minimum məbləğ 21.90 manat təşkil edir. 20 AZN almaq-ın üzərinə toxunursuz, sertifikat xidmətlərinin göstərilməsi qaydaları (ərizə) ilə oxuyub razı olduqdan sonra təsdiq et düyməsinə basırsız.

Skandan sonra ön kamerada iki ədəd şəkil istənilir və 5-6 dəqiqə yoxlanılış gedir. Puldan hər kəs götürə bilər. Qeydiyyatdan keçdikdən sonra sizdən kartın 16 rəqəmi tələb olunur və pul birbaşa kartınıza daxil olur.

Qeyd edək ki, reklamında bu sözlərə daha çox üstünlük verir. “Azpulmat” yüksək texnologiya sayəsində daha rahat və əlçatan kredit təklif edir. Bu əslində yüksək texnologiya sayəsində sizin mobil vasitənizdə olan yaxınlarınızın nömrəsini sizin izniniz olmadan götürməsi və sizin kretinizdə onaları zamin olaraq göstərməsi deməkdir. Həmçinin sizin probleminiz yarandığı təqdirdə isə yaxınlarınız hər gün qəbul etdikləri zənglərdə elektron səslə sizin adınız və götürüyünüz kretidə görə sizin nömrəni zamin olaraq göstərdiyiniz qeyd edilir. Dələduzluğu yüksək texnologiya vasitəsi ilə insanlara kredit verib daha sonra yüzlərlə kontaktınızdakı nömrələri narahat edərək sizin borc xərclə onlardan götürdüyünüz krediti qaytarmaq kimi düşündükləri istiqamətdə istifadə edilir. Hazırda bütün Kredit təşkilatları Milli Bankın sistemində olan qaydalara əsasən işləməli olduğu halda “Azpulmat” necə texnologiyadan izinsiz istifadə edərək insanların şəxsi məlumatlarını özünə əlçatan edib. Sualın cavabsız qaldığı nöqtə burdadır. “Azpulmat” şəxsi kontaktlara hansı rəsmi qurumların izni ilə daxil olma izni əldə edib. Və bu izni onlara hansı qurum verib.

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi hansı əsaslarla “Azpulmat” şirkətin şəxsi telefonların digər hissələrində saxlanılan məlumatların əldə edə bilməsi razılığı hansı Elektron Təhlükəsizlik qaydalarına uyğunluqlar əsasında verilib. Məsələ ilə bağlı apardığımız araşdırmalar zamanı təsüflər olsun ki, Elektron Təhlükəsizlik xidmətinin olmadığı və şəxsi məlumatlarımızın kimlərinsə əlinə rahat şəkildə keçdiyi aydın olur. Lakin əvvəldən dediyimiz kimi məsələ ilə bağlı aidiyyatı qurumların mütləq mövqeyni öyrənməyə çalışacağıq.

Xalqxeber.az

Text-to-Speech

DİNLƏ






Şərh yaz