“SOCAR Türkiyə” şirkəti 1.3 milyard dollar sindikatlaşdırılmış kredit cəlb edib.
Millitv.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, dünyanın ən böyük banklarından olan “Citibank N.A, London Branch (Citi)” və “JP Morgan Securities plc”nin (JP Morgan) köməyilə cəlb edilən kredit 2021-ci ilin ilin əvvəlindən bu günə qədər Türkiyədə maliyyə xidmətləri sektoru xaricində fəaliyyət göstərən bir şirkət tərəfindən cəlb edilən ən yüksək məbləğli kreditdir.
“SOCAR Türkiyə” idarə heyətinin sədri Rövnəq Abdullayev açıqlamasında bildirib ki, “Dünyanın güclü maliyyə təşkilatlarının liderliyilə cəlb edilən yenidən maliyyələşmə krediti, qlobal qeyri-müəyyənliklərə baxmayaraq “SOCAR Türkiyə” şirkətinə olan güvənin göstəricisidir”
Rövnəq Abdullayev həmçinin bildirib ki, cəlb edilən vəsait ilə şirkətin maliyyə vəziyyətini gücləndirəcək, digər tərəfdən nisbətən aşağı faizlə qrupun keçmiş borclarının orta dəyərini yaxşılaşdıracaq./banker.az