Ölən şəxs barəsində saxta arayış verən Lənkəran şəhər bələdiyyəsi ilə bağlı məsələ aktual olaraq qalır. Lənkəran şəhər sakini 1932-ci il təvəllüdlü Rəvayət Kərim qızı Miriyevanın dəfn olunma tarixinə dair saxta arayışın verilməsi barədə müraciət əsasında rayon prokurorluğunda araşdırma davam etdirilir.
Cinayət əməlində ittiham olunan Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyevanın bir neçə dövlət qurumu ilə iş birliyinə keçərək, iki il əvvəl dünyasını dəyişən Rəvayət Miriyevanın ölüm faktını gizlətdiyi, təqaüd kartına sahibləndiyi və mərhumun ölümü ilə bağlı saxta arayış verdiyi iddia olunur.
Məsələ ilə bağlı Lənkəran Prokurorluğunda istintaq işləri hələki yekunlaşmayıb. Rayon prokurorluğu şəhər bələdiyyəsində təftişə başlayıb.
Millitv.az bilirir ki, bu barədə Bizim.Media-ya məlumat verən Aygün Mirzəyevanın sözlərinə görə rəhbəri olduğu bələdiyyənin fəaliyyəti ilə bağlı Lənkəran prokurorluğu tərəfindən iki aydır ki, yoxlama aparılır.
Yoxlamanın və istintaqın yekunlaşmasından sonra məsələyə hüquqi qiymət veriləcək.
Aygün Mirzəyevanın bundan sonra bələdiyyə sədri kimi işində qalması məsələsi də sual altındadır.
Qeyd edək ki, Lənkəran rayon prokurorluğunda ilkin araşdırma zamanı Lənkəran şəhər sakini Niyaz Miriyevin 2021-ci ildə vəfat etmiş nənəsi Rəvayət Miriyevanın 6674 manat məbləğində təqaüdünü özündə saxladığı bank kartı vasitəsilə çıxarmasına, bu əməlini gizlətmək üçün mərhumun dəfn olunma tarixi barədə Lənkaran bələdiyyəsi tərəfindən verilən saxta arayışdan istifadə edərək ölüm haqqında şəhadətnamə almasına əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, Lənkəran şəhər sakini, S.Vurğun küçəsi ev 38-də daimi qeydiyyatda olan və yaşayan Miriyeva Rəvayət 07.02.2021-ci ildə pandemiya zamanı ev şəraitində vəfat edib. Mərhumu Lənkəranda “Böyük bazar” qəbiristanlığında, həyat yoldaşının yanında dəfn ediblər.
Məlumatı Bizim.Media-ya verən mənbənin iddiasına görə bələdiyyə sədri Aygün Mirzəyevanın anası Sevil Mirzəyeva mərhumun nəvəsi Sadıqova Rəksanəyə uzun müddət imiş ki, sələmə pul verib, qarşı tərəf isə vaxtlı-vaxtında pulu ödəyə bilməyib.
İddialara görə, Aygün Mirzəyeva anasına olan borcun ödənilməsi üçün plan hazırlayaraq mərhumun ölüm faktını gizli saxlayıb. Bunun üçün mərhumun təqaüd aldığı bank kartını isə nəvəsindən alaraq anasına verib.
Beləliklə iki il ərzində mərhumun təqaüdü bələdiyyə sədrinin anası tərəfindən mənimsənilib. Mərhum dünyasını dəyişərkən ona qeydiyyatda olduğu ünvandakı tibb müəssisəsi tərəfindən ölüm kağızı verilməyib.
Amma Lənkəran şəhər “Böyük bazar” qəbiristanlığında dəfn edilib. Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyeva barəsindəki ittihamlarla razılaşmayıb. Saxta ölüm kağızınıın isə yeni işə götürdüyü işçisisinin texniki səhvə yol verdiyini bildirib.