Lənkəran rayonunda iki həftədir axtarılan 39 yaşlı kişinin meyitinin tapılması barədə xəbər vermişdik.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nərimanabad qəsəbəsindəki həyətlərin birində cəsədi tapılan 1983-cü il təvəllüdlü Elşən Məmmədov həbsdən yeni çıxıbmış. Belə ki, bir neçə il əvvəl həbs edilən E. Məmmədov fevralın sonunda azadlığa çıxıb və doğulduğu qəsəbəyə qayıdaraq anası ilə birlikdə yaşayıb. Lakin martın sonunda o, müəmmalı şəkildə yoxa çıxıb.
Onun meyiti ötən gün qəsəbə sakinlərindən biri, uzun müddətdir yaşayış olmayan Nəzakət Abdullayevaya məxsus evin həyətində aşkar edilib. Bundan dərhal sonra hüquq-mühafizə orqanlarına məlumat verilib və araşdırmalara başlanılıb.
Elşən Məmmədovun hansı səbəbdən və hansı şəraitdə ölməsi rayon prokurorluğunda aparılan araşdırmalardan sonra məlum olacaq.
Mərhumun nəşi artıq ailəsinə təhvil verilib və dəfn edilib.