Axtarış...

Kəmaləddin Heydərovun müəmmalı `ŞAHDAĞ` SEVDASI... - İcazə verin, şübhələnək...

Kəmaləddin Heydərovun müəmmalı `ŞAHDAĞ` SEVDASI... - İcazə verin, şübhələnək...


Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi şəxsi heyət üçün səhra geyim dəstlərinin və digər müxtəlif növ yumşaq inventarların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

DİA.AZ dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Şahdağ Təchizat" MMC-dir. Qalib şirkətə 2 950,8 min manat ödəniləcək.

DİA.AZ bildirir ki, tenderin qalibi "Şahdağ Təchizat" MMC ilk dəfə deyil ki, FHN-dən tender qazanır. Ki, bu da ortada müəyyən şübhələrin olmasından xəbər verir. Hər halda Azərbaycan şəraitində dövlət qurumlarının tenderlərində partnyorların necə seçildiyini hər kəs təxmin edə bilir.

Xatırladaq ki, bu MMC iki il əvvəl də Fövqəladə Hallar Nazirliyindən tender qazanmışdı. FHN Maddi Texniki-təchizat İdarəsi yumşaq inventarların satın alınması ilə bağlı elan etdiyi açıq tenderdə qalib elan olunan "Şahdağ Təchizat" MMC-yə 3,8 milyon manat ödənilmişdi.

Keçən il isə Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi sözügedən MMC-ni bir başqa tenderində qalib elan etmişdi.

Şəxsi heyət üçün səhra geyim dəstləri və digər yumşaq inventarlar satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirildiyi iddia olunaraq açıq tenderin qalibi "Şahdağ Təchizat" Məhdud Məsuliyyətli Cəmiyyəti elan olunmuşdu və Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi "qalib"ə 1 milyon 765 min 787 manat ödəmişdi.

Xatırladaq ki, "Şahdağ Təchizat" 2017-ci ildə cəmi 10 manat nizamnamə kapitalı ilə yaradılıb. Tender müsabiqəsilə bağlı maraqlı məqamlardan biri odur ki, hal-hazırda da "Şahdağ Təchizat" MMC-nin dövlət büdcəsinə 83 min 128 manat 55 qəpik vergi borcu var.

Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.

DİA.AZ
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz