Zaman-zaman "Xəzəriaşə"nin Neft Dşlarında, Çilov adasında və ARDNŞ-ə aid digər ünvanlardda müşahidə olunan inhisarçılığı müzakirə predmeti olsa da, məhz himayədarlarının sayəsində az qala hər addımında özbaşınalığa yol verən bu quruma güldən ağrıs söz deyən tapılmayıb. Bu dəfə də, yəni hazırki şikayətimizdən sonra da belə olacağını güman edirik. Çünki DİA.AZ olaraq dəfələrlə "Xəzəriaşə"dən edilən şikayətləri işıqlandırmışıq... amma...
Bu dəfə fakt təqdim edib, etirazını ifadə edən Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı Çilov adasında "Xəzəriaşə"nin qanunsuz monapoliyasından giley edir.
DİA.AZ hüquq-müdafiəçisinin açıqlamasını təqdim edir:
" "Xəzəriaşə" MMC, Çilov adasında çörəyi niyə 60 qəpiyə satırsınız?"
Daha sonra NHMT sədri əlavə edir: "Neftçilərə iaşə xidməti göstərən "Xəzəriaşə" tender vasitəsilə seçilib, yoxsa "sahibinin" əmri ilə?
"Sahib" kimdirsə, həm köhnə, həm də təzə komandanı qane edir..."
İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...