"Dəniz platformalarında işçilərə verilən aylıq ərzaq normasını (siyahını) oxudum. Cürbəcür meyvələr, şirniyyatlar, cemlər, ət, toyuq, bir sözlə, ən bahalı restoran menyüsü. Restoranda bu yeməklər təbii ki, satılır. Amma bu menyüdə adı qeyd olunan ərzaq, meyvə və şirniyyatı işçi görürmü? Trolları salıb deməyin ki, yalandır. Aylıq siyahı məndədir. Araşdırma aparıram".
Bu sətirləri Neftçilərin Hüquqlarını Müdafiəsi İctimai Birliyinin sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı özünün feyzbuk səhifəsində yazıb.
Hüquq müdafiəçisi daha sonra yazır: “Dəfələrlə yazdığım problemin nəzarətə götürülməməsi məndə şübhə yaratmağa başlayır. Krışanızın ailəsi sizin neftçidən çırpışdırdığınız "payoka" möhtacdır ki?”
M.Qəhrəmanlı ona edilən müraciətlərə də toxunub: "Neftçi yazır: - Salam, Mirvari xanım. Mən uzun müddətdir “28 May” NQCİ-də işləyirəm. Uzun müddətdir ki, bu “Xəzəriaşə”ni Allah yoluna gətirən olmayıb. Sifaris verilən ərzaqların siyahısına baxanda adam zənn edir ki, oliqarx ailənin sifarişidir. Amma ortaya gəlib çıxanda görürsən ki, nəticə ortada, hamıya bəllidir.
Mirvari xanım, gündəlik hər işçiyə görə 29 AZN pul ayrılır, amma işçiyə bunun heç 10 AZN-i verilmir. “Şefpover”lərin siyasəti – gündəlik eyni yeməyi verməkdir: vermeşil, makaron, qarabasaq, bulğur, toyuq əti. Çünki gündəlik eyni yeməyi heç kim yemir. “Pover”lər belə edirlər ki, ayın axırı yaxşı faiz alsınlar. Ümumi gəlirin ekonomiyasının 7%-i “şefpover”lərə qaytarılır. Məsələn, 1 ay ərzində gündəlik platformada ortalama 50 adam olur. Bu da 1500 AZN deməkdir, aylıq isə 45000 AZN edir . Həmin vəsaitə maksimum qiyməti 15000 AZN-lik ərzaq verilir. 30000-lik AZN ərzağın 7%-i “şefpover”ə çatır. Yerdə qalanı isə “Xəzəriaşə”yə və buna göz yumanlara, 30000-dən 2100 AZN-i şefin, yerdə qalanı yekələrin.
Yerlərdə ərzağa göz yuman platforma rəisi və komendatlardır. Rəis və komendatın da öz payı var. Rəis yekə rəisdən qorxur səsin çıxarmır və şefin verdiyi payla kifayətlənir. Komendatlar isə “Cilov”dan və digər təşkilatlardan gələn işçilərə yeməkpulu yazmır, əvəzində həmin sexdən nağd pul alır.
Bir sözlə, fəhlənin ərzağından hamı faydalanır, birce fəhlədən basqa”.
İddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq... //tezadlar.az//