Milli Hidrometeorologiya Xidmətinin saat 16:00-a olan məlumatına əsasən, şimal-qərb küləyinin sürəti Neftçalada 20, Tərtərdə 18, Xaçmazda 16 metr/saniyəyə çatıb.
Xidmətdən Metbuat.az-a bildirilib ki, külək Bakı, Sumqayıtda saniyədə 28, Qum adasında 26, Maştağada 25, Binədə 23, Çilov adası, Pirallahıda 20, Zabratda 18, Neft Daşlarında 22 metrədək güclənib.
Neft Daşları stansiyasının məlumatına görə, Xəzər dənizində dalğanın hündürlüyü 4.5 metrə çatıb.