Həsən Həsənov 1993-cü ildən etibarən Pirallahı rayon Çilov adasında yerləşən "28 may" Neft-Qaz Çıxarma İdarəsində təmir-quraşdırma çilingəri kimi fəaliyyət göstərib.
Çalışdığı qurumun rəhbərliyilə ilk dəfə 2010-cu ildə ixtisas dərəcəsənin aşağı endirilməsilə başlayan narazılığı, 2018-ci ildə işdən çıxarılması ilə nəticələnib.
H.Həsənov iddia edir ki, "28 may" Neft-Qaz Çıxarma İdarəsinin rəisi Zaur Bağırov Göytəpə qəsəbəsinin baş həkimi Eldar İsayevlə razılaşıb ki, onun tibbi arayışı ləğv edilsin.
Göytəpə Şəhər Xəstəxanasının keçmiş baş həkimi Eldar İsayev ittihamları qəbul etmir.
H.Həsənovun sözlərinə görə xəstəlik vərəqəsi ləğv edildikdən sonra onun işə çıxmayıb, müalicə olunduğu müddət əsas tutularaq işdən çıxarılıb. O hesab edir ki,2010-cu ildə ixtisas dərəcəsi aşağı etdiriləndə çalışdığı qurumdan şikayətçi olduğuna görə onunla ədavət aparılır və işdən çıxarılmağı əsassızdır. "28 may" Neft-Qaz Çıxarma İdarəsinin rəisi Zaur Bağırov isə iddialara belə cavab olaraq deyir ki, H.Həsənovun işdən çıxarılması tamamilə qanuni və məhkəmə predmetində də təsdiq edilib.
Şikayətçi əlavə edir ki, iş ilə yanaşı, evini də itirib. O, Çilov adasına və orada yerləşən evinə qayıda bilmir.
Zaur Bağırov bunu Çilov adasının inzibati strateji obyekt sayıldığı və orada yaşamaq üçün icazənin orada yaşayan insanlara verildiyini deyir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin katibi Elşad Hacıyev də bu məlumatı təsdiqləyir.
Ölkədaxili bütün məhkəmə instansiyalarında prosesləri uduzan H.Həsənov tələbləri yerinə yetirilənə qədər dövlət qurumlarına müraciətlərini dayandırmayacağını deyir.
Toplum TV