Sumqayıt Kimya Sənaye Parkında açılışı həyata keçirilən “Azmonbat” MMC-nin bu törəninə Prezident İlham Əliyev də qatılmışdı. Təbii ki, dövlət başçısı sözügedən müəssisənin ölkkə vətəndaşı üçün normal iş yeri olacağına ümid etmişdi. DİA.AZ bildirir ki, amma görünəni odur, "Azmonbat" MMC-ni çalışdıranların niyyəti tamam fərqlidir. Bu barədə redaksiyamıza daxil olan şikayətdən anlaşılır.
100 nəfərin daimi işlə təmin olunduğu müəssisədə vəziyyət hem də ürəkaçab deyil və artıq rəhbərliklə işçilər arasında ÇAT YARANIB və iş hətta məhkəməyə qədər gedib çıxıb.
DİA.AZ-a yazan işçilərin bildirir: " "Azmonbat" MMC işçiləri tərəfindən məhkəməyə verilib...
Səbəbi budur: 1 ildir işçilərə əməkhaqqı ödənilmir. Rəhbərlikdə olan İran vətəndaşı işçilərə problemlər yaradır.
İşdən azad edilmə barədə ərizələr verilsə də, əmək haqqının ödənilməsindən boyun qaçırir. Əlavə problemlər də mövcuddur..."
İddia olunanlarla bağlı olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...