Axtarış...

İlham Əliyev Sumqayıtda açılışlar etdi

İlham Əliyev Sumqayıtda açılışlar etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Sumqayıt şəhərində səfərdə olub.

Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

***

Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı olub.

Prezident İlham Əliyev açılışda iştirak edib.

***

Sumqayıt Məhkəmə Kompleksinin açılışı olub.

Prezident İlham Əliyev açılışda iştirak edib.

***

Sumqayıt şəhərində 20 nömrəli tam orta məktəbin binası istifadəyə verilib.

Prezident İlham Əliyev tədbirdə iştirak edib.

***

Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub.

Prezidentiİlham Əliyev təməlqoyma mərasimində iştirak edib.

***

Sumqayıt Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının açılışı olub.

Prezident İlham Əliyev açılışda iştirak edib.



Şərh yaz