Axtarış...

Lerikdə Şəhid anasını dinləyən yoxdur... - MÜRACİƏT

Lerikdə Şəhid anasını dinləyən yoxdur... - MÜRACİƏT


“Evimə getmək, yaşlı vaxtımda öz yurdumda yaşamaq istəyirəm. Ötən ilin yayında dedilər ki, il ərzində evlə bağlı müraciətinizə cavab veriləcək, bu ilin üçüncü ayı bitir, hələ də xəbər yoxdur”.

Bunu Birinci Qarabağ Müharibəsində həyatını itirən Habil Nəciyevin anası, 85 yaşlı Nəsibə Nəciyeva bildirib.

Şikayətçi deyib ki, Lerik rayonunun Noda kəndində yerləşən evi qəzalı vəziyyətdədir, bununla bağlı rəy də veriblər. Sumqayıtda yaşayan oğlunun evində müvəqqəti yaşasa da, kəndə qayıtmağı arzulayır. Amma övladılarının evi təmir etdirməyə maddi imkanları çatmır.

“2005-ci ildən ev növbəsinə götürülmüşəm. Rayon icra hakimiyyətindən şikayətçiyəm. Məndən sonra növbəyə götürülənlərə ev verilib, yaxud təmir edilib. Dəfələrlə rayon rəhbərliyinə yazılı və şifahi müraiət etsəm də, baxan yoxdur”, – şəhid anası deyib.

Şikayətçinin sözlərinə görə, mütəxəssislər evinə baxış keçirib, yaşamaq üçün təhlükəli olduğuna dair rəy verəndən sonra Sumqayıta köçüb. Tezliklə evinin təmir olunacağı ümidi ilə illərdir gözləyir. 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib:

“1994-cu ildə oğlumu kəndimizdəki məzarlıqda dəfn etdik. Qəbrin başdaşı yararsız hala düşmüşdü, rayon rəhbərliyinə yazılı müraciət etsəm də, köməklik olunmadı. Təqaüdüm və ikinci qrup əlil olan oğlumun köməyi ilə məzarı düzəltdirdik. Yaşlı vaxtımda gözüm yollarda qalıb, gözləməyə vaxtım çatacaqmı, bunu bilmirəm”.
DİA.AZ
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz