Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov cənabına,2-ci Qarabağ müharibəsi veteranı İsgəndərli Fərhad Məhəmməd oğlu tərəfindən müraciət ünvanlanıb.
Faktinfo.az-a və 20-dən çox sayta göndərilən müraciət mətnində deyilir:
Hörmətli cənab nazir!
Sizə 24.04.2023-cü ildə ünvanladığım məktub (SS843221954AZ) düzgün araşdırılmayıb,ərazidə tərtib edilən aktda tərəflərdən kimin haqlı olduğu əks olunmayıb.Mən 31 may 2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi tərəfindən (№3-21-02/2-İ-0329-8/2023) ünvanlanmış cavab məktubuna narazılığımı bildirirəm.
Qeyd edim ki,mənə ünvanlanmış cavab məktubunda yazılan "torpaq sahəsinə baxış keçirilmiş,həmin torpaq sahəsinin digər vətəndaşla mübahisəli olduğu aşkar edilmişdir" ifadəsinin tərəflərdən heç kimə aid edilməməsi aparılmış araşdırmanın ziddiyətli olduğunu ortaya qoyur. Belə anlaşılır ki,irəli sürdüyüm iddia yalandır və 2003-2018-ci ili əhatə edən kənd bələdiyyəsi ilə icarə müqaviləsi əsasında götürülmüş 15 hektar torpağın şəhədətnaməsi də saxtadır,kadastr xəritəsi də olmayıb.
Eləcə də təxmin edirəm ki,yaxud araşdırmanı aparan tərəflər tərəfindən şəhədatnamə gizlədilib,Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsə göndərilməyib. (şəhədətnamə -JN-3348 ;Kod - 50207018). Eləcə də,15 hektar torpaq sahəsi 2019-2021-ci illərdə kənd bələdiyyəsi tərəfindən icarə müqaviləsi əsasında istifadəmdə olmayıb,buna dair qəbzlərim yoxdur.
Cənab nazir daha ətraflı qeyd edim:
Belə ki, Babam Kərimov Kərim Murtuz oğlu Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinin "ada" adlanan ərazisində 1764 kvadrat metr ərazidə maldarlıq ferması tikib.Tikilinin reyestr nömrəsi-502011005064-12301 İnventar nömrəsi 502-58/98-dir.
Ət istehsalı məqsədilə tikilən fermada saxlanılan iri buynuzlu heyvanların örüş sahəsi üçün babam (Kərimov Kərim Murtuz oğlu) Qıraq Kəsəmən kənd bələdiyyəsinin "ada" deyilən ərazisindəki,balansda olan örüş təyinatlı torpaqdan icarə müqaviləsi əsasında 14 iyul 2003-cü ildən 2018-ci ilə qədər 15 hektar torpaq sahəsi götürmüşdür. (şəhədətnamə -JN-3348 ; Kod - 50207018)
Qeyd edim ki,bu illər ərzində bələdiyyədən icarə müqaviləsi əsasında götürülmüş 15 hektar ərazinin ödəniş qəbzləri bu günkü günə qədər saxlanılır.İndi məlum olur ki,babam rəsmi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu illərdə kənd bələdiyyəsi tərəfindən "ada" deyilən ərazisində digər şəxsə də "torpaq sahəsi" ayrılıb.Çox qəribədir ki,bunu indi belə deyirlər,o zaman bu barədə heç bir məlumat olmayıb.Bu günkü günə qədər də,hesab edirəm ki,saxta sənədlərlə ərazinin digər şəxslərə verildiyi mümkünləşib.Çünkü,babamın icarə müqaviləsi əsasında 14 iyul 2003-cü ildən, 2018-ci ilə qədər istifadə etdiyi örüş ərazisindən müəyyən hissə,(1,8 hektar) həmin illərdə ikinci və üçüncü şəxslərə icarə müqaviləsi əsasında verilməyib.
Qaldı hazırkı mövcud vəziyyətə, Ağstafa rayonunun Qıraq Kəsəmən kənd bələdiyyəsinin sədri Balabəyim Yaqubəliyevanın ərazinin yenidən ölçülməsi üçün DƏDKR-nin 15 saylı Ərazi İdarəsinə etdiyi müraciət zamanı yuxarıda qeyd etdiyim nüansa aydınlıq gətirildi.Belə ki,DƏDKR-nin 15 saylı Ərazi İdarəsinin nümayəndəsi V.T.Mustafayev ölçü işlərini həyata keçirərkən məlum oldu ki,15 hektar ərazinin su kanalına yaxın hissəsində yarımçıq tikili,digər ərazisində isə örüş yerinin əkin sahəsi (1,8 hektarında) kimi istifadəsi mövcuddur.
Hörmətli Mikayıl müəllim!
Babam Kərimov Kərim Murtuz oğlu dünyasını dəyişməmişdən əvvəl -15.09.2017-ci il tarixində Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində "ada" deyilən ərazidə 1764 kvadrat metr maldarlıq fermasını natorial qaydada mənim adıma (İsgəndərli Fərhad Məhəmməd oğlu nəzərdə tutulur) keçirdib.Reyestr nömrəsi 502011005064-12301
Fəaliyyət istiqaməti üzrə məşğul olduğum 2019-2021-ci illərdə Ağstafa rayonunun Qıraq Kəsəmən kənd bələdiyyəsi ilə bağladığım icarə müqaviləsi əsasında sözü gedən 15 hektar örüş ərazisinin ödənişlərini özüm etmişəm.Buna dair rəsmi ödəniş qəbzlərim mövcuddur.
Hazırda 15 hektar örüş sahəsinin qanuna müvafiq istifadəsi müəyyən prosüdurların həyata keçirilməsini zəruri edir.Bu məqsədlə Qıraq Kəsəmən Kənd Bələdiyyəsinin sədri Balabəyim Yaqubəliyevanın ərazinin yenidən ölçülməsi üçün, DƏDKR-nin 15 Saylı Ərazi İdarəsinə ünvanladığı rəsmi məktub əsasında ölçü işlərini həyata keçirtmiş V.T.Mustafayev,15 hektar ərazinin (ərazinin su kanalına yaxın sahəsində qanunsuz yarım tikilini çıxdıqdan sonra) 12 hektardan çöx hissəsinin tanınması üçün topaqrafik xəritəni ƏMDX-nin Qazax Ərazi Şöbəsinə göndərib.
DƏDKR-nin 15 Saylı Ərazi İdarəsindən göndərilən 12 hektardan çox olan ərazinin boş olmasına dair sənədləşməni isə, ƏMDX-nin Qazax Ərazi Şöbəsinin nümayəndəsi Elnur Həsənov tanımadı.Bunu onunla əsaslandırıldı ki,ölçü işlərinin yekunu kimi ƏMDX-nin Qazax Ərazi Şöbəsinə göndərilən 12 kektardan çox ərazinin 1.8 hektarı münaqişəlidi.Mən ƏMDX-nin Qazax Ərazi Şöbəsinin nümayəndəsi Elnur Həsənovun bu əsaslandırmasını normal qarşılamıram.Çünkü o,bilir ki,1.8 hektar örüş sahəsinin,əkin sahəsi kimi istifadəsi yolverilməzdi.Digər tərəfdən də o,bunun qarşısını indiyə kimi almayıb,ərazini zəbt edən şəxsə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsindən irəli gələn hallarda cərimə yazmayıb.
İkincisi də,1.8 hektar ərazinin icarə müqaviləsi əsasında sənədləri oranı əkib, istifadə edən şəxsin adına olsaydı,bu elektron sistemdə görsənərdi,məni kimi o,da sənəd üzərindən fikir yürüdərdi.Və yaxud,DƏDKR-nin 15 Saylı Ərazi İdarəsinin nümayəndəsi V.T.Mustafayev ölçü işlərini həyata keçirərkən həmin ərazini boş sahə kimi tədqiq edə bilməzdi.Həmçinin o şəxsin də 1,8 hektar torpağa dair şəhədatnaməsi,çıxarışı olardı.Elnur Həsənov da ərazini boş kimi tanımamaqda rəsmən haqlı olardı.Qaldı,torpağın 2003-2018 -ci illərdə şəhədatnaməsi babamın adına olubsa,2021-ci ilə qədər isə 1 illik olmaqla icarə müqaviləsindən irəli gələn şəkildə torpağın rüsumunu mən ödəmişəmsə demək ki, torpağın "himayə edilən şəxs" tərəfindən istifadəsi qanunsuzdur.Və buna da ƏMDX-nin Qazax Ərazi Şöbəsi hər halda biganə yanaşmamalı idi.
Məlumdur ki,həmin ərazi babam Kərimov Kərim Murtuz oğlunun 2003-cü ildən,2018-ci ilə qədər Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinin "ada" adlanan ərazisində kənd bələdiyyəsindən icarəyə götürdüyü əraziyə aiddir.Bələdiyyə haqqında qanunun müvafiq maddələri var ki,ərazi ilk əvvəl sahibkarın özünə təklif edilir.Bundan imtina edildiyi halda kənar şəxslərə verilə bilər.Nə babam Kərimov Kərim Murtuz oğlu sağlığında,nə də ki,mən İsgəndərli Fərhad Məhəmməd oğlu 15 hektar ərazidən digər şəxslərə verilməsinə dair indiyə kimi məktububla tanış olmamışıq.Bu şəxs indi neçə peyda oldu?
Və yaxud ərazidə əlavə 10 hektar torpaq sahəsi olmadığı təqdirdə "himayə edilən şəxs" bələdiyyə ilə hansı icarə müqaviləsi bağladı ki,bunu heç kim bilməyib.Belə başa düşülür ki,adam 8,2 hektar meşə fonduna,1,8 hektar da icarə müqaviləsi ilə mənə aid torpağa daxil olub.Anlaşılan odur ki,SİZƏ etdiyim müraciətdən sonra DƏDKR-nin 15 Saylı Ərazi İdarəsi,ƏMDX-nin Qazax Ərazi Şöbəsi yerində araşdırma apararkən loyal akt tərtib edilib,məsələnin dəqiq mahiyyətinə dair İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinə düzgün məlumat verilməyib.Həqiqətənmi, 2 +2-i qədər sadə bir məsələni həll etmək hər iki idarə üçün çox çətin olub ki,mənə məhkəməyə müraciət etmək,müvafiq kənd icra nümayəndəliyi ilə məsələni həll etməyə dair məktub göndərilir?
Bu o halda edilərdi ki,tərəflərin hər ikisinin 15 hektar torpağın 1,8 hektarına dair 2003-cü ildən şəhədatnaməsi olub və bunun verilməsi də eyni tarixə təsadüf edib.Axı zamanla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bu qanunsuzluğu etməyib.Qaldırılsın, DƏDKR-nin 15 Saylı Ərazi İdarəsində arxivə müraciət edilsin ki,məktub üzərindən mübahisəli hesab etdikləri 15 hektar torpaq kim tərəfindən,hansı tarixdə,neçənci ildə kənd bələdiyyəsi tərəfindən icarə müqaviləsi əsasında istifadəyə götürülüb,şəhədatnaməsi də kimin adına olub!
Əminliklə ifadə edirəm, onda məlum olacaq ki,saxtalaşdırılmış imza ilə bu işin arxasında kimlər,öz şəxsi çıxarlarına rəğmən dayanıb.Belə başa düşürəm ki,SİZƏ etdiyim müraciətdən sonra ƏMDX-nin Qazax Ərazi Şöbəsi və oranın əməkdaşını "vəziyyətdən çıxartmaq" üçün tərtib edilmiş akt və illər əvvəl babamla,sonrakı halda mənimlə icarə müqaviləsi əsasında bağlanmış 15 hektar örüş yerinin sənədləri təhrif edilib.
Hörmətli Mikayıl müəllim!
Digər tərəfdən də,rəsmi olaraq ərazinin DƏDKR-nin 15 Saylı Ərazi İdarəsi tərəfindən aparılan ölçü işlərinin yekunu olaraq boş olduğu qəti imkan tədbirində təsdiqlənərkən,ƏMDX-nin Qazax Ərazi Şöbəsi örüş yerinin tanınmasını nədən qəbul etmədi,bu nüansı da nəzarətdə saxlayın.Və yaxud 3 ay bundan qabaq DƏDKR-nin 15 Saylı Ərazi İdarəsi tərəfindən aparılan ölçü işlərinin yekunu olaraq 12 hektardan çox ərazinin 1,8-nin boş olduğu qəti imkan tədbirində təsdiqlənərkən və buna dair rəsmi sənədlər mövcud olduğu təqdirdə,Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi tərəfindən aldığım məktubda niyə məhkəməyə müraciət məsləhət bilinib. Hazırda ərazinin boş olmasını tanımayıb,digər tərəfdən zəbt olunmuş torpaq sahəsindən kənar şəxsin çıxardılmasını həyata keçirtməyən ƏMDX-nin Qazax Ərazi Şöbəsinin hazırkı müşahidə tərzini isə,ümumiyyətlə sahibkara yaradılmış problem kimi qəbul edirəm.
Əminəm ki,maneə və əngəlin aradan qaldırılmasını,Kəlbəcər rayonu və Murov yüksəkliyinin qəvi düşməndən azad edilməsində iştirakımı da nəzərə alıb,2-ci Qarabağ müharibəsi veteranı kimi müraciətimi dəyərləndirəcəksiniz.
Çünkü SİZ məndən yaxşı bilirsiniz ki,qanuna zidd belə hallara görə müvafiq tədbir görülməməsi cəzasızlıq mühiti yaradır ki,bu da sahibkarlığın,fermer təsərrüfatlarının inkişafına mənfi təsirini göstərir.
Diqqətinizə görə əvvəlcədən təşəkkür edirəm.
Əlaqə nömrəsi (055)2072488 //faktinfo.az//