Azərbaycanda rüşvət və korrupsiayaya qarşı ciddi mübarizə aparıldığı bir dönəmdə Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində belə halın olduğunu iddia etmək əsassızdır. Xeberxetti.com Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayan Şirəliyev Elşən Muxdər oğlunun mediada yayılan müraciətini araşdırarkən bəlli olub ki, vətəndaşın problemin həll olunmasının kökündə rüşvət amili dayanmır.
Məlumat üçün deyək ki, Elşən Şirəliyev 1992-ci ildə ona verilmiş torpaq sahəsinə mülkiyyət sənədi ala bilmədiyi barədə Prezident İlham Əliyevə müraciət edib. O, müraciətində Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Fuad İbrahimovu ittiham edib. Vətəndaşın şikayətindən belə anlaşılır ki, sözügedən qurum məqsədli şəkildə mülkiyyət sənədini vermir. Vətəndaş ölkə başçısından sözügedən qurumda rüşvət və korrupsiya faktlarının araşdırılmasını xahiş edir. Lakin müraciətdə həmin faktlar əks olunmayıb. Elşən Şirəliyev heç ondan rüşvət tələb olunduğunu da qeyd etməyib. Beləliklə, hansı rüşvət və korrupsiya faktlarından söhbət getdiyi aydın deyil.
Elşən Şirəliyevə mülkiyyət sənədinin verilməməsinə gəlincə, araşdırmalarımız nəticəsində məlum olub ki, bunun səbəbi vətəndaşın sənədlərinin qaydasında olmaması, həmçinin onun istifadəsində artıq torpaq sahəsinin olması ilə bağlıdır. Bütün bunlar Elşən Şirəliyevə ünvanlanan rəsmi məktubda da qeyd olunub. Bunun vətəndaşın özü də müraciətində qeyd edib. Qurumdan bildirilib ki, vətəndaş rəsmi məktubda qeyd edilənləri bürokratik əngəl, yaxud hansısa rüşvət amili ilə izah etsə də, qanunvericilik ona bu halda mülkiyyət sənədinin verilməsini qadağan edir. Sənədlər qaydasına salındıqdan sonra bu məsələdə heç bir problem qalmır.
Fuad İbrahimovun fəaliyyətinə gəlincə, onun rəhbərlik etdiyi qurum İqtisadiyyat Nazirliyinə tabedir. İqtisadiyyat naziri isə Prezident İlham Əliyevin ən çox etimad göstərdiyi Mikayıl Cabbarovdur. O, bundan Təhsil və Vergilər naziri olub. Mikayıl Cabbarov hakimiyyətin son illərdə ən yaxşı kadrlarından biri hesab olunur. 2018-ci ildə bu yana başlanan islahatlar dalğasında Mikayıl Cabbarova ən müxtəlif vəzifələr tapşırılı. Bu da onun müsbət reputasiyasından irəlir. İndi belə bir şəxsin rəhbrəlik etdiyi qurumda hansısa rüşvət və korrupsiya halı baş verə bilərmi? Digər tərəfdən, əgər doğrudan da iddialar əsaslıdırsa, o zaman nədən bu qurum müvafiq strukturların diqqətindən kənarda qalıb? Məgər, Fuad İbrahimov rüşvət və korrupsiyaya görə həbs edilən icra başçılarından daha güclü fiqurdur?
O da aydın olub ki, qurum problemlə bağlı hərtərəfli araşdırma apararaq Əfqanıstan veteranı olan Elşən Şirəliyevin sənədlərini qaydasına salmağı gözləyir və qısa müddətdə vətəndaşın probleminin həllinə çalışır. Əlbəttə ki, bu yalnız qanunamüvafiq qaydada həll olunmalıdır. Bu, olayın rüşvətlə əlaqələndirməsi kökündən yanlışdır. Bir halda ki,vətəndaşdan rüşvət tələb olunmayıb (müraciətdə bu barədə hər hansı qeyd yoxdur) o zaman Fuad İbrahimovu, yaxud bütövlükdə onun rəhbərlik etdiyi qurumu rüşvət və korrupsiyada necə ittiham etmək olar?! Bu cür əsassız iddialar həm də, ölkədə rüşvət və korrupsiayaya qarşı aparılan mübarizəyə kölgə salmaqdır.
Vaxtilə bu sətirlərin müəllifi də oxşar problemlə üzləşib. Ona da sənədlərinin qaydasında olmadığı bildirilib. Sənədlər qaydasına düşəndən sonra qısa müddətdə problem həll olunub. Nə rüşvət tələb olunub, nə də qəsdən süründürməçliyə məruz qoyulub. Qanuna istinad etmək rüşvətxorluq demək deyil, cənablar!
Xeberxetti.az
Mirəziz Əzizov