Orta məktəbdə xadimələr FƏHLƏ KİMİ İŞLƏDİLİR - BU NƏDİ BELƏ?
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Masallı rayon Qəriblər kənd tam orta məktəbin əsaslı təmirinə başlanılıb. Məktəbin dam örtüyü sökülüb. Lakin məktəbin dam örtüyünün sökülməsi xadimə qadınlara həvalə olunub. Direktor Şərafət Əliyevin göstərişiylə xadimə qadınlar məktəbin dam örtüyünün sökülməsi prosesini icra edirlər. Şübhəsiz ki, məktəbin əsaslı təmiri üçün tərtib olunan layihənin icrasıından ötrü dövlət büdcəsi hesabına ayrılmış maliyyə vəsaitinin xərclənməsində işçi qüvvəsi də nəzərdə tutulub. Podratçı təşkilatın işçi qüvvəsi əmək haqqı alaraq təmir işlərini həyata keçirməlidir. Xadimələr isə məktəbin ştatlı işçiləri kimi səliqə-sahman və təmizlik işlərinə baxırlar. Onları təmir-tikinti işlərinə cəlb etmək mövcud qanunvericiliyə ziddir və fakt üzrə hüquqi tədbirlər həyata keçirilməlidir. Məktəbin direktoru Şərafət Əliyev işçi qüvvəsindən ötrü ayrılmış büdcə vəsaitini nə üçün təyinatı üzrə xərcləmir?! //gundelik-baku.com//