Axtarış...

Naxçıvanın təhsil naziri məktəbli qızlara qalstuk satır... - Allah bazar verməsin heç...

Naxçıvanın təhsil naziri məktəbli qızlara qalstuk satır... - Allah bazar verməsin heç...
Naxçıvan təhsilində həlləm-qəlləm işlər davam edir. Bu barədə DİA.AZ-a muxtar respublikadan göndərilən məlumatlardan aydın olur. Yeni faktlara keçməzdən önzə qeyd edək ki, artıq yazdıqlarımız, aşkara çıxardığımız faktlar aidiyyatı qurumların diqqətini cəlb edib. Bu da gələn xəbərlərdə qeyd olunur və bildirilir ki, artıq Şərur rayonunda paytaxtdan gələn təftişçilər yoxlama aparır. "Yoxlama nəticəsində ortaya ciddi faktlar çıxıb" deyən mənbə onu da əlavə edib ki, artıq bir neçə məktəb direktorunun rüşvət qarşılığında vəzifəyə təyin olnduğu da etiraf olunub.

İndi isə DİA.AZ_a daxil oloan yeni məlumatları təqdim edək. Redaksiyamıza yazılan məlumatda deyilir: "Bizim Naxçıvanın əfsanəvi Təhsil Naziri Rəhman Məmmədov günlərin bir günü, gecə yatarkən, yenə düşünüb haradan pul yeyə bilərəm... Qğlına gəlib ki, yeni məktəb geyimi ideyasından qazanc əldə etsin... Amma o zaman bu keçmiş Naxçıvan şefi Vasif Talıbov tərəfindən rədd edilib. Çünki Rəhman müəllimin fikri o idi ki, satdırılıacaq hər yeni formaya görə, əlavə haqq alsın.

İndi isə yeni qazanc yeri icad ediblər. Məktəbli qızlara forma əlavəsi kimi qalstuk satırlar və bu barədə trikotajçılara sifariş verilib bə 4 manata satılan hər qalstukdan 1 manat məhz NAZİRİN PAYIDIR...

Qısa müddətə otuz min məktəbli qızdan 30 min manat vəsait yığılıb.

Əlavə olaraq məktəblər üçün xüsusi geyimlərə görə də, hərəsindən 10 manatdan pul alınır ki, bu da ciddi məbləğdir və gərəkən qurumlar tərəfindən araşdırılmalıdır".

Mənbə dia.az-a azçıqlamasında sözügedən yeyintinin günü bu gün də davam etdiyini bildirir.

İddia olunanlarla bağlı Millitv.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz