Axtarış...

Vasif Talıbovun şəkilləri Naxçıvandan YIĞIŞDIRILIB - "Artıq heç bir qurumda..."

Vasif Talıbovun şəkilləri Naxçıvandan YIĞIŞDIRILIB - "Artıq heç bir qurumda..."


Naxçıvan Muxtar Respublikasındakı bütün idarə və müəssisələrdən – büdcə təşkilatlarından Ali Məclisin keçmiş sədri Vasif Talıbovun şəkilləri yığışdırılıb.

Bu barədə Modern.az-a Naxçıvandakı dövlət təşkilatının adının çəkilməsini istəməyən vəzifəli şəxsi məlumat verib.

Bildirilib ki, bu haqda tapşırığı Naxçıvan MR-in yeni rəhbərliyi verib. Bununla bağlı müvafiq tapşırıqların artıq icra olduğunu vurğulanıb.

Qeyd edilir ki, bu yaxınlara kimi Naxçıvanıdakı idarə və müəssiələrdə mərhum dövlət başçısı Heydər Əliyev və Prezident İlham Əliyevlə yanaşı, Vasif Talıbovun da şəkilləri asılırdı.

“Artıq heç bir qurumda Ali Məclisin keçmiş sədrinin şəkillərinə rast gəlinmir”, - deyə mənbə bildirib.

Xatırladaq ki, Vasif Talıbov 2022-ci il dekabrın 21-də Ali Məclis sədri postundan istefa verib.

Naxçıvan MR Ali Məclisinin həmin gün keçirilən iclasında V.Talıbovun istefası ilə bağlı qərar rəsmən təsdiqlənib.

Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində çalışırdı.

22 dekabr 2022-ci il tarixində Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

28 dekabr 2022-ci il tarixində isə polis polkovniki Süleyman Neymətov Naxçıvan MR daxili işlər naziri təyin olunub.

Onların hər ikisi əslən naxçıvanlıdırlar.


Daha çox xəbər

Şərh yaz