Axtarış...

Lənkəranda dayanacaqları kim PLANA SALIR? - Yerli RİH guya bilmir...


Lənkəran şəhərinin küçələrində avtodayanacaqlar sökülərək yerində ticarət köşkləri tikilir.

Bu barədə Bizim.Media-ya Lənkəran şəhər sakinləri məlumat veriblər. Bildiriblər ki, əvvəllər quraşdırılan dayanacaqlar çox geniş və rahat idi:

“Yayda günəş şüasından, qışda isə yağışdan qorunmaq olurdu. Lakin, son vaxtlar dayanacaqlar sökülərək ticarət köşkü ilə əvəzlənir. Sərnişinlərin daldalanması üçünsə kiçik bir yer saxlanılır. Bu da yaşlı və uşaqların rahat hərəkətini məhdudlaşdırır”.

Məslələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq.

Qurumdan Bizim.Media-ya bildirildi ki, ölkə üzrə nəqliyyatın tənzimlənməsi AYNA-nın səlahiyyətinə aid olsa da bölgələrdəki dayanacaqlar yerli qurumların balansındadır.

Bundan sonra Lənkəran şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindənsə bildirildi ki, məsələ araşdırıldıqdan sonra ətraflı məlumat veriləcək.

Mövzunu diqqətdə saxlayacağıq.

Bizim.Media
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz