Xətai rayonu Sarayevo küçəsində yolun ortasında ağaclar kəsilərək yerində obyekt tikilir.
Millitv.az bildirir ki, bu barədə rayonun sözügedən ərazidə yaşayan sakinləri Yeniavaz.com-a məlumat veriblər.
Sakinlər yolun ortasında tikilən obyektin fotolarını da redaksiyamıza təqdim ediblər.
Obyekti kimin tikdirdiyi, müvafiq icazə sənədlərinin olub-olmaması barədə məlumat yoxdur.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin müvafiq şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.