"Başqa banklar da "Yapı Kredi Bank Azərbaycan" kimi öz terminalından eyni bankın kartı ilə nağdlaşdırmaya görə komissiya tutur?" DİA.AZ bildirir ki, bu etirazla tanınmış jurnalist, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər çıxış edib.
"Yoxsa belə dilənçilik forması ancaq bu banka məxsusdur?" deyə sual edən Aqil Ələsgər başına gələn olayı ironik şəkildə şərh də edib:
"Koç Ailəsi ("Yapı Kredi Bank"ın sahibidirlər -dia.az) bu komissiyalarla "Fener"i 2370-ci ildə çempion edər…"
İddia olunanlarla bağlı Millitv.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...