Axtarış...

Ağsuda vətəndaşların məhkəmə QALMAQALI... - VİDEO

Ağsuda vətəndaşların məhkəmə QALMAQALI... - VİDEO

Ağsu rayonun Kalva kənd sakini Oraz Kazımov Ağsu rayon məhkəməsinin qərarından şikayətlənir. Belə ki, onun həmkəndlisi Alov Hacıyev onu Kalva poçt məntəqəsinin tikintisi zamanı 68 min manat mənimsəməkdə günahlandıraraq, prokrorluğa şikayət edib.

Bundan sonra Oraz Kazımov şərəf və ləyaqətin müdafiəsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə Ağsu məhkəməsinə müraciət edib.
Məhkəmənin qərarı ilə razılaşmayan Kalva kənd sakini Oraz Kazımov nə edəcəyini bilmədiyi üçün Toplum TV-nin Qaynar xəttinə müraciət edib.

Qaynar Xətt Verlişinin qonağı olan vəkil İnara Camal Məhkəmənin qərarında yanlışın olmadığını söyləyir. Məhkəmədən rədd cavabının almasının səbəbini isə atılan böhtanın kütləvi informasiya vasitələrində yayılmamasında görür.

Toplum TV
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz