Ağsu rayonu, Kalva kəndində qeydiyyatda olan 1-ci Qarabağ müharibəsi veteranı, 18 il DİO-da çalışmış Hacıyev Alov Ağasan oğlu tərəfindən 2019-cu il zəlzələsindən sonra yaşamaq üçün tam yararsız vəziyyətə düşən evlərimizin bərpa edilməsi üçün dövlətin ayrdığı vəsaitlərin hesabına tikilən yeni evlər ayrı-ayrı adamlara satılmasından yuxarı orqan rəhbərliyinə etdiyi şikayətdə qeyd edilən faktlar ictimai əhəmiyət kəsb etnidiyinə görə, eyni zamanda bu müraciətə FHN-nin Tikintidə Təhlükəsizlik Dövlət Agentliyinin sədr müavini səviyyəsində verilən ikrahdoğurucu cavabı bir Qarabağ Müharibəsi veteranını nə qədər ələ salınmasından başqa bir şey deyildir. Mövzunun aktuallığını nəzərər alaraq oxucularımıza təqdim edirik:
Mən, Alov Hacıyev Ağsu rayonun Kalva kənd sakini olaraq bu kənddə yaşamış və Vətənin müdafiəsi üçün qardaşlarımla birlikdə Ağsu rayonun Hərbi Komissarlığından könüllü olaraq döyüşlərdə iştirak etmişk. Xatırladım ki, 2019-ci ilin fvralın 5-də baş vermiş məlum zəlzələ zamanı kəndimizdə əsasən köhnədən tikilmiş evlərin divarlarında iri çatlar əmələ gəlmiş, pol sınmış, binövrə daşları uçub daxilə tökülmüş, yaşamaq üçün yarasız vəziyyətə düşmüşdür. Məsələn, mənim atamın hazırki analığımız Hacıyeva Gülsənəmin indi yaşadığı evi 1946-cı ildə sementsiz, torpaq və taxta materialı istifadə edilməklə daş hörgüsüilə tikilmişdir .Ona görə evimizin dörd tərəfindən çatlar əmələ gəlmiş və yaşamaq üçün yarasız vəziyyətə düşmüşdür. Eləcə də qardaşım Hacıyev Asəfin evinin zirzəmisində kürsü daşları uçaraq daxilə tökülmüşdür, sanki ev havada qalmışdır. Divarda çoxsaylı çatlar əmələ gəlmişdir. Digər qonşularım Şükürov Ağasəlimin, Əsədov Yalçının, Salamov Yasirin, Mustafayev Rəşid Ərzuman oğlunun yaşadıqları evlər də yararsız hala düşmüşlər. Evləri qəzalı vəziyyətdə olan sakinlər indi də arvad uşaqlarla birlikdə qorxa qorxa yaşayırlar. Dəfələrlə kənd və rayon rəhbərliyinə məsələnin həlli üçün xahişlər edilsə də 3 ildən çoxdur ki, gəlib yerində maraqlanan yoxdur. Elə bilki, belə kənd sakinləri ümumiyyətlə yox imiş. Çox şikayətlərdən sonra yerli icra nümayəndəsi Cavid Qədirov cavab vermişdir ki, siyahıda adınız 38-ci dir. Təmir olunacaq. Lakin heç kim gəlmir, maraqlanmır. Amma eyni zamanda görürük ki, Kalva kənd icra nümayəndəsi Qədirov Cavid, Ağsu rayon İcra Hakimiyyəti Aparatının hüquqşünası olmuş Tofiq Kərimovla məsləhətləşmələrilə cənab Prezidentin 1-ci dəfə ayırdığı 2 milyon manat vəsaitdən əvvəlcə özlərinə məxsus topdağıtmaz kiçik villalarını təmir etdirdilər. İcra nümayəndəsi C. Qədirov özünə məxsus evi tam və əsaslı təmir etdirməklə yanaşı, yaxın adamlarının – dədəsi Qədirov Əlistanın, əmisi Qədirov Talıstanın, qudası Niştayev Əhsanın, digər qudası Hilala təzə tikilib təmir olunan evlərini ehtiyac olmadığı halda yenidən dövlət vəsaiti ayırıb əsaslı təmir etdirdi. Hətta iş o yerə çatdı ki, Cavidin yaxın dostu olan Əjdərin də evini əsaslı təmir etməklə yanaşı, həyətində yeni bir irihəcmli yeni talvar da tikdirib təhvil verməyi unutmadı. Bizi kimi kasıblar da qaldıq bir tərəfdə. 2 il əvvəl biz sakinlərin verdikləri şikayətlərə cavab olaraq FHN-nin Daxili Təhlükəsizlik Baş İdarəsi rəisi Nazim Rüstəmovun 16 yanvar 2020-ci il tarixli cavab məktubunda qeyd edilir: “FHN-nin mütəxəssisləri tərəfindən yerli icra hakimiyyəti tərəfindən təqdim edilmiş siyahıya əsasən Ağsu rayonu ərazisində baş vermiş zəlzələdən ziyan dəymiş evlərin texniki vəziyyəti araşdırılmış və aktlar tərtib edilmişdir.” Yəni, FHN-nin səlahiyyətlisi bildirir ki, yerli icra orqanları bizə nə təqdim edirsə onların evəri tikilir və bərpa olunur.”
Məlumata görə də yerli icra nümayəndəsi C.Qədirov şikayətlərə görə düşdüyü külli-miqdarda ziyanın əvəzi olaraq guya mənə yaxın adamların yazdıqları şikayətləri mən təşkil etdiyimə görə mənim adımı da siyahıdakı 38-ci sıradan digər yaxınlarım kimi tamamilə çıxarıb silib. Əvəzində isə Xatman kəndində yaşayan iki bacının Dürdanə və Dürrə adlı xanımların evlərini pul qarşılığında tikib təhvil verməyi söz verib. Hələlik bir bacının evi tikilibtəhvil verilib, O birisi isə bu ilin əvvəlində təqdim olunmuşdur. Muza Son məlumata görə Xatman kəndi yaxınlığında bizim kəndimizdən olan bizi kimi evləri tam yarasız vəziyyətə düşən adamlardan bir neçəsinə etdikləri şikayətlərinə görə gözdən pərdə asmaq üçün veriblər. Qalan dövlət vəsaitilə tikilən evləri isə əli cibində olanlara paylayıblar. İndi cəmi Xatmanda iki belə ev qalmışdır. Bunlardan birini bir neçə il əvvəl kəndimizə gəlib daş kürsü üzərində vaqon qoyub yay aylarında yaşayan Muğan adlı Qubadlı qaçqınına verdilər. Halbuki, onun qoyduğu dəmir vaqon zəlzələdən heç bir ziyan görməmişdir. Amma kəndin daimi yaşayan bizi kimi sakinləri isə hətta adi təmri belə rəva görmədilər. Çünki bizlər kasıb olduğumuza görə bu torpaqları Qarabağ Müharibəsində sağlamlığımızı belə itirərək bu torpağı qoruduğumuza görə layiq olduğumuz mənzillə təmin edilmədik.milletinsesi.info
Cəbrayıl Xanlarovun London və Bakıda malik olduğu biznesin maliyyə mənbəyi bəlli oldu