"Almaniya Rusiyaya hücum edəndə Sovet lideri Stalinin harada olduğu uzun müddət bilinmirdi".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 5-də Çexiyanın erməni icması ilə görüşündə deyib.
“Geriyə baxanda hamımız Stalinin psixoloji cəhətdən ən hazırlıqlı vəziyyətdə olduğunu düşünürük. Müharibənin başlaması xəbəri onu sındırdı, çünki o, bu yaxın zamanda müqavilə imzalamışdı və bütün hesablaması Almaniya ilə müharibə olmayacağından ibarət idi" - deyə baş nazir əlavə etdi.