Axtarış...

Paşinyan məqalə yazdı, Rusiyanı hədəf aldı, Qarabağa toxunmadı - TƏFƏRRÜAT

Ermənistanın Baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsində məqalə ilə çıxış edib.
Paşinyan məqalə yazdı, Rusiyanı hədəf aldı, Qarabağa toxunmadı - TƏFƏRRÜAT

Qaynarinfo xəbər verir ki, baş nazir dolayısı ilə Rusiyanı hədəfə alaraq, onun Ermənistanın daxilindəki qüvvələrini saxta vətənpərvərlikdə ittiham edib.
O yazır ki, Ermənistan müxalifətinin yaratdığı "satqın hakimiyyət” obrazı onların vətəni sevmələrindən irəli gəlmir. Paşinyan qeyd edir ki, bu, çox yaxşı düşünülmüş və uzun illər hazırlanmış hibrid müharibənin detallarından biridir:

"2018-ci ildə baş nazir kimi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar sənədlərini oxumağa vaxtım belə olmadı. Eyni qüvvələr orda-burda xəbər yaydılar ki, bizim hökumət torpaqları təhvil verəcək. İdeya yavaş-yavaş, addım-addım, qulaqdan-qulağa dolaşdı. Məqsəd o idi ki, əgər Qarabağ və Ermənistanın maraqlarını silahla müdafiə etmək vaxtı çatanda, müharibə və mübarizənin mənasız olması fikri inandırıcı səslənsin. Çünki hər şey yuxarıda planlaşdırıldığı kimi, "torpaqlar təhvil verilmişdir” tezisi işə yarayacaq”.

Ermənistanın baş naziri məqaləsində bildirib ki, bu cür kombinasiyalar xarici və daxili qüvvələr arasında sıx əməkdaşlıq şəraitində qurulur:

"Daxildə belə fikirlər yayanlar çox vaxt hansı prosesdə iştirak etdiklərini belə təxmin etmirlər. Çünki hər şey yüksək "vətənpərvərlik” şousu altında edilir. Amma elita xarici qüvvələrlə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan missiyasını bilməyə bilməz”.

O vurğulayıb ki, xaricə bağlı olan qüvvələrin 2020-2021-ci illərdə apardaıqları təbliğatın birinci hissəsi alınıb, ikinci hissə alınmayıb:

"Amma xarici partnyorları missiyanı bitmiş hesab etmədiyi üçün daxili "vətənpərvərlər” sakitləşmir”.

Ermənistanda daxildə Paşinyana qarşı çıxan yeganə qüvvə Rusiya ilə bağlı olan Koçaryan, Sarkisyan və Venetsyandır. Bu üç fiqur parlamentdə təmsil olunur. "Nikol Paşinyan Qarabağı satdı” fikirlərinin müəllifləridir. Belə olan halda Ermənistanın baş naziri dolayısı ilə, yəni, ad çəkmədən Rusiyanı hədəf alıb və daxildə bu oyunların da Kreml tərəfindən oynanıldığına işarə vurub.

İşin maraqlı tərəfi odur ki, Paşinyan bu məqaləsini dünən keçirilən "Demokratiya sammiti”ndən sonra qələmə alıb. Həmin görüş ABŞ tərəfindən təşkil olunub və Paşinyan da həmin tədbirə onlayn qatılıb. Üstəlik, çıxışı zamanı Ermənistanın keçmiş hakimiyyətini sərt tənqid edərək, bundan sonra ölkəsinin demokratiya üçün lazım olan bütün addımlar atacağını bildirib. Bundan əlavə, o çıxışında nə Azərbaycanla yaşanan gərginlik, nə də Qarabağ məsələsinə toxunmayıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz