“Yeni Klinika” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Mühafizə xidmətlərinin həyata keçirilməsi məqsədi ilə elan edilən tenderin qalibi “Gesco” ASC (VÖEN – 1300664041) olub.
“Yeni Klinika”nın 8 ay ərzində mühafizəsinə görə “Gesco” ASC-yə 638 min 946 manat 40 qəpik ödəniləcək. Klinikanın mühafizəsinə ümumilikdə 50 nəfər cəlb olunacaq. Bunlardan 1 nəfəri xidmət rəisi, 3 nəfəri növbə rəisi, 40 nəfəri kişi mühafizəçi, 6 nəfəri isə qadın mühafizəçi olacaq.
Məlumat üçün bildirək ki, 4 000 manat nizamnamə kapitalı olan “Gesco” ASC 26.05.2005-ci il tarixində dövlət qeydiyyatına alınıb. ASC-nin qanuni təmsilçisi Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin sabiq müdir müavini Camalzadə Murad Fərrux oğludur. “Gesco” ASC-nin təsisçisi isə Nağıyev İlham Əli oğludur.
AMİA.AZ