Erməni əsilli məşhur fransız müğənnisi, 94 yaşında ölən və ermənilərə böyük humanıtar yardımların təşkilatçısı olmuş Şarl Aznavur 1989 - cu ildə kecmiş Sovet ittifaqına səfər edib. Bir necə gūn Moskvanı gəzib dolaşıb, sonra Ermənistana gedib. İrəvanda bir sıra görūşlər kecirib. Moskvanın hava limanından Parisə yola dūşərkən jurnalistlərin Rusiyanın, rus xalqının indiki vəziyyəti və gələcəyi ilə bağlı verlən sualları belə cavablandırıb:" Siz ruslar ən xoşbəxt insanlarsınız ki, bədbəxtciliyə dūcar olmaģınzı görmūrsūnūz." Bəli, Rusiya 30 il ərzində onu hansı faciələr gözlədiyini dərk etmədi. Ukrayna mūharibəsi bu facilərin kulminasiya nöqtəsinə çevrildi. Polşada Rusiya səfirinin başına polyaklar tərəfindən qırmızı boya atılması, söyüşlərlə təhqir olunması Moskvanın yürütdüyü miltarist siyasətin məntiqi nəticəsidir. Rusiya artıq dərk etməlidir ki, cənubi Qafqazda da bu gün cərəyan edən hadıisələr 200 illik erməni- rus qardaşlıģnın iflasa uğramasının nəticəsidir. Atalar məsəlidir: Nə tökərsən aşına, o da cıxar qaşıģına.
Millitv.az