Axtarış...

Rus sülhməramlıları humanitar yardım adı ilə silah daşıyır

Rus sülhməramlıları humanitar yardım adı ilə silah daşıyır


Laçın dəhlizi ilə sülhməramlıların məsuliyyət zonasına silahlar daşınır.

“Qafqazinfo” xəbər verir ki, “Caliber”in əldə etdiyi məlumata görə, Azərbaycan tərəfi bu gün Laçın dəhlizi ilə “sülhməramlı humanitar yardım” adı altında silahların daşınmasından xəbərdar olub.

“Sülhməramlılar” öz müvəqqəti məsuliyyət zonasına aşağıdakıları tədarük ediblər:

- piyada əleyhinə minalar;
- tank əleyhinə minalar;
- avtomatik atıcı silahlar, o cümlədən, dəzgahlı pulemyotlar;
- snayper tüfəngləri;
- 122 mm-lik minaatanlar;
- “Fagot” tank əleyhinə idarəolunan raketlər (10 ədəd);
- “Kornet” tank əleyhinə idarəolunan raketlər (10 ədəd);
- Qumbaraatanlar;
- Portativ rabitə;
- Sursatlar.

Bu silahların hamısı Rusiyanın Gümrüdəki hərbi bazasından çıxarılıb. Bu gün və sabah ərzində Erebuni hava limanına Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin silahlarla dolu daha iki təyyarəsinin gəlməsi və həmin silahların Gümrü bazasında saxlanılması gözlənilir. Bəzi silah növləri İran və Suriyadan cəlb olunub.

Bir sözlə, Laçın “dərəsində” əməlli-başlı qanunsuzluq hökm sürür. Rusiya sülhməramlıları ərazidəki terrorçuları silahlandırırlar.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz