Lənkəranda 75 illik tibb məntəqəsinin acınacaqlı vəziyyəti - VİDEO
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
75 ildir xidmət edən Lənkəran rayonunun Girdəni kənd həkim məntəqəsi hazırda qəzalı vəziyyətdədir.
İş o yerə çatıb ki, həkimlər özləri də burada işləməkdən ehtiyat edirlər.
Girdəni kənd həkim məntəqəsi 1948-ci ildə tikilib, 1964-cü ildən kənd xəstəxanası kimi fəaliyyət göstərib. 2010-cu ildə isə xəstəxana ləğv olunub, yenidən həkim məntəqəsi kimi fəaliyyətini davam etdirir. Sakinlər deyir ki, məntəqənin binası təhlükəli vəziyyətdədir. Hazırda onun əsaslı şəkildə təmir edilməsinə və ya yerində müasir binanın tikilməsinə ehtiyac var.