Axtarış...

Buralara nəzarət edən varmı? - HƏQİQƏTƏN DƏ...

Buralara nəzarət edən varmı? - HƏQİQƏTƏN DƏ...

Redaksiyamıza Müraciət edən 08.11.1967-ci il təvəllüdlü Əliyeva Zeynab Siran qızı "Çıraq Palaz" restoranında baş verən iyrənciliklərdən danışdı. Belə ki xanım iddia edir ki, onun gördüyü nöqsanlara irad bildirməsi gün keçdikcə müdriyətin xoşuna gəlməyib. Elə bu səbəbdən də Z.Əliyevanı xəbərdarlıq edilmədən işinə son verilib. Redaksiyamıza müraciət edən vətəndaş 7 mkr S.S.Axundov 20A ünvanında yerləşən "Çıraq Palas" restoranı haqqında şok məlumatlardan danışdı
Apardığımız kiçik bir araşdırmadan "Çıraq Palaz" restoranın Azerbaycan Respublikasının Vergilər nazirliyi tərəfindən fiziki şəxs olaraq uçota alınan Süleymanov Oktay Yaqub oğlunun adına verilmi. VÖEN №1801122952 Qeydiyyat Şəhadətnaməsi əsasında fəaliyyət göstərdiyi məlum olub. Lakin iddiaçı tərəfin bildirdiyində isə üç müdirin restoranı şərik idarə etməsidir.

Zeynəb xanım iddia edir ki, restoranda heç zaman təmizlik və gigienik qaydalara əməl edilmədiyi kimi məhsullarında keyfiyyətinə heç zaman nəzarət yoxdur. Əslində isə nəzarət məhs elə işin həvalə edildiyi adam tərəfindən pozulmaqdadır. Dəfələrlə keyfiyyətsiz və iylənmiş ətlərdən restoranda tay sahiblərinə yedizdirildiyin gördükdə Z.Əliyeva buna çox sərt reaksiya verdiyin iddia edir. Lakin iradların bir deyil bir neçə dəfə təkrar edildiyindən Z.Əliyevanı işinə son verilib. İş günün sonunda ondan artıq bu restorana buir daha gəlməməsi bildirilib.

Z.Əliyeva: "Çıraq Palas" restoranında toy edən şəxslər video kassetlərində dediklərimin həqiqət olduğun görə bilərlər. Toy məclisi qurtarmamış masalarda olan salatlar, xaşlama, bozartmalar və bir çox yeməklər masalardan toplanaraq yenidən mətbəxə aparılır. Ofisiantların bu cür işləmələri video lentlərədə düşdüyü iddia edilir. İddiaçı xanım "Çıraq Palaz"restoranın baş kababçısı Yavər adlı şəxsə bu gətirilən ətlərin normal olmadığın bildirib. Bu zaman Yavər Zeynəbə hirslənərək sənə nə, ged işinlə məşğul ol deyib. Daha sonra xanımın irad bildirdiyi məsələ dərhal müdiriyyətə çatırılıb. Müdiryyət Rüfət, Hacı Fuad və Oqtay Süleymanov xanımın işdən azad edilməsinə qərar veriblər. Burdanda görünür ki, Hacı titulu ilə rəhbərlik edən şəxs Haca ruhunun cisminin təmizlənməsi niyyəti ilə deyil bir çox şəxslərin ona etibar edərək gördükləri işlərin təmizliyinə inansınlar deyə bu titula yiyelənib. Hər zaman cəmiyyət bu cür məqamlarda dini inanclara etibar etdiyindən bir çox neqativləri görə bilmir.

Z.Əliyeva: Restoranda baş verən tək yeməklərin keyfiyyətsizliyində ibarət deyil. Dəfələrlə baş tutmuş toydan qalan yeməklər günlərlə soyuducularda saxlanılmış 5 gün sorakı toyda yenidən isidilərək növbəti toyda təzə adı ilə masalara verilib. Hətta Qida Təhlükəsizlik Agentliyinin restoranı yoxlaması zamanı göz ucu baxaraq restoran müdiri ilə görüşüb getdiklərinidə görmüşəm. Əmək müfətişliyi restoranı yoxlamağa gəldikdə isə işçilər padvalda gizlədilirdi. Bu padvalda su anbarı elektrik şiti və onun yanında balaca bir otaq var. Həmin yoxlamalar zamanı qanunsuz işlədilən işçilər saatlarla həmin otaqda saxlanılırdı. Bəzi vaxtlar isə həmin işçiləri zirzəmidən olan gizli çıxışdan çıxarıb çöldə olan kafede gedib oturmaqların yoxlama getdikdən sonra yenidən Restorana qayıtmaqların təmin edirdilər. Qeyd etməliyəm ki, Nicat adlı şəxsin adminstrator işlədiyi və onun qohumunun ərzaq tədarükü gördüyünü deyə bilərəm. Bu şəxslərin hardan hansı yollarla zay məhsulları restoan daxil etməsi və müştəriyə halal təmiz məhsul adı ilə verməsi insanı dəyərlərin heçə sayılması kimi qiymətləndirilməlidir. Özləri həmin toy məclislərinə alınan məhsullardan bişirilən heçnəyi yemirlər. İnsan həyyatını heçə sayan Nicat və onun qohumu Həci bunu rəhbərliyin məlumatı olmadan etməsi isə qeyri mümkün olan məslədir.

Z.Əliyeva 7 ildir bu restoranda işləyirdim lakin son vaxtlar restoran sanki bir iylənmiş leş ətlərin saxlanc yerini xatırladırdı. Üfünətli iydən dayanmaq olmur dözülməz iydə işləməkdə çətinlik çəkirdim. İrad bildirdikdə isə restoran müdirinin yaxın adamları dərhal üstümə qışqırır, burnunu hər şeyə soxma deyərək məni azarlayırdılar. Sonda isə iylənmiş məhsulara bildirdiyim iradlar məni işimdən etdi. Lakin mənim işdən hansı səbəbdən çıxarıldığım bildirilmədən sadəcə işdən qovuldum. Məni nöqsansız olaraq işdən azad edən "Çıraq Plaza" restoranın icarədarları əmək müqaviləmi kobud şəkildə pozmaqla hüquqlarımı tapdaladılar. Media vasitəsi ilə Ölkə rəhbərinə səslənərək tapdalanmış hüquqlarımın bərpa edilməsi və mənə dəymiş maddi mənəvi zərərin sahibkardan alınaraq mənə ödənilməsinin təmin edilməsini xahiş edirəm.

Ulutv.info xəbər verir ki, Restoranda işləyən işçilərin qeydiyyatsız yəni əmək müqaviləsi olmadan işlədilməsi halının mövcud olduğu məhs işdən çıxarılan əməkdaş tərəfindən məlum olur. Əmək müqaviləsiz işçi işlədən restoran hansı gücün sayəsində bunu etməsi isə tamamilə məlumdur. Aparılan araşdırmalarımızdan vəzifəli şəxsin olduğu iddia edilən bu restoran məhs həmin şəxsin titulundan istifadə etməklə bütün qurumlardan gələn yoxlamaları "şirinliklə" yola salmaqdadırlar. Bu Şirinlik isə qanuni ödənişlərdən yayınmağa gətirib çıxarmaqdadır.

Qanun pozuntularına və insan sağlamlığına qarşı təhlükənin siqnalını mediadan alacaq qurumların bu restoranda vəzifəli şəxsin adından onun nüfuzundan istifadə edənlərin cəzalanması üçün hansı addım atacaqlarını yaxın günlərdə sizlərlə bölüşəcəyik.

Son məqamda aldığımız məlumata görə, Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin "Çıraq Palas" restoranında apardığı yoxlamalar nəticəsində restorana gətirilən ət məhsullarının sənətlərində problemlər aşkarlanıb. bir neçə gündür sənətləri təqdim edə bilməyən restoran icarəçiləri AQTA-a ilə problemin həli yollarını axtarmaqdadır. Həmçinin aldığımız məlumata görə işçilərin sağlamlıq haqqında heç bir sənətlərinin olmamasıda yoxlamada aşkar edilib. 50-yə yaxın şəxsin sağlamlıq arayışının alınması üçün çıxış yolu axtarılmaqdadır. bu sənətlərin hansı poliklinikadan verilməsini isə növbəti yazımızda sizlərə təqdim edəcəyik. Saxta yollardan istifadə edən iş adamlarının hansı yollarla milyonlar qazandığınıda sizə təqdim edəcəyik. //Ulutv.info//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz