Axtarış...

Ədliyyə nazirliyi yanında ictimai şuranın əməkdaşı, ofsiant, yoxsa sahibkar?



Fikrət Məmmədovun adından istifadə edən şəxs vergidən yayınır?

Ədliyyə nazirliyinin yanında ictimai şuranın əməkdaşı vergidən yayınır. Bu barədə dosye.org-a məlumat verən mənbə vurğulayır ki, Abşeron rayon Masazır qəsəbəsində fəaliyyət göstərən “ÇAÇA” restoranın rəhbərliyi ilə müştərilər arasında bəzi narazılıqlar baş verib. Restorana spirtli işki gətirən müştərilər əlavə pul ödəməli olduqları üçün restoran rəhbərliyinə iradlarını bildiriblər. Bunun qarşılığında müştərilər restoranda yeyib-içdikdən sonra ödəməli olduqları hesabın qəbzini tələb edib. Ofsiant kimi müştərilərə xidmət edən şəxs “buranın öz qanunları var” deyə cavab verib. Masaya yaxıanlaşan ofsiant restoranın sahibi və eyni zamanda Ədliyyə Nazirliyinin əməkdaşı kimi özünü təqdim edib. Sonradan məlum olub ki, həmən şəxs Ədliyyə Nazirliyi yanında yaradılmış İctimai Komitənin üzvü Elçin Salmanovdur.

Dosye.org olaraq E. Salmanovun diqqətinə çatdırmaq istəyirik ki, vəzifəli şəxs istər sahibkar, istərsədə ofsiant kimi işləyə bilməz. İkinci bir tərəfdən sahibkarın vergidən yayınması birbaşa cinayətdir və şəxsən məsüliyyət daşıyır.

Masazırda “ÇAÇA” restoranı ilə bağlı Vergilər Nazirliyin və Ədliyyə Nazirliyinə rəsmi məktub ünvanlanacaq. Məlumat üçün bildirək ki, ictimai nəzarətin gücləndirilməsi üçün lazımı addımlar atılır və aidiyyəti qurumlar tərəfindən hər hansı bir qanunsuzluq aşkarlanarsa dərhal tədbir görülür. İnanırıq ki, yuxarıda adı hallanan restoranın vergidən yayınması və digər neqativ halların qarşısı alınacaq.

Araşdırmalarımız davam edir.

Dosye.org
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz