Ağdam rayon Alıbəyli-2 qəsəbəsinin sakinləri suya həsrət qalıb.
Bu barədə Yenicag.az-a qəsəbə sakinləri məlumat veriblər.
Sakinlərin sözlərinə görə, qəsəbəni su ilə təmin edən artezianın motoru yanıb. Bundan sonra qəsəbə sakinləri suya həsrət qalıblar.
Qəsəbə sakinləri bildirib ki, məsələ ilə bağlı Qəsəbə nümayəndiliyinə, Rayon İcra Hakimiyyətinə və aidiyyəti qurumlara məlumat verilib.
Qurumlardan gəlib, baxıb gediblər. Artezianın təmiri ilə bağlı heç bir iş görülməyib. Aidiyyatı qurumlar qəsəbə sakinlərini su ilə təmin etmək üçün bir maşın su göndəriblər, həmin su isə yalnız 22 evi görüb. Qəsəbə sakinləri maşının sayının artırılmasını tələb etsələr də, bunu belə yerinə yetirməyiblər.
Hazırda Alıbəyli-2 sakinlərinin nəinki içməli, heç heyvanlarının suvarılması üçün belə suyu yoxdur.(Yenicag.az)