Axtarış...

Taliban bunu da etdi - "Qadınların səsi"ni BELƏ KƏSDİLƏR

Taliban bunu da etdi - "Qadınların səsi"ni BELƏ KƏSDİLƏR


Əfqanıstanın şimal-şərqində qadınlar tərəfindən idarə olunan radio Ramazan ayında musiqi yayımladığı üçün bağlanıb.

Bu barədə Taliban məlumat yayıb.

Bədəxşan əyalətinin İnformasiya və Mədəniyyət mərkəzinin direktoru Moezuddin Ahmadi bildirib ki, radio Ramazan ayında mahnı və musiqi yayımlayaraq "İslam Əmirliyinin qanun və qaydalarını bir neçə dəfə pozub" və buna görə də bağlanıb.

"Əgər bu radio İslam Əmirliyinin siyasətini qəbul etsə və belə bir şeyi təkrar etməyəcəyinə söz versə, biz onun fəaliyyətinə icazə verəcəyik" - Ahmadi deyib.

Radionun rəhbəri Nacia Soroş isə heç bir musiqi yayımlamadıqlarını bildirib.

Adı dari dilində "qadınların səsi" mənasını verən "Sadai Banovan" Əfqanıstanda qadınlar tərəfindən idarə olunan yeganə radiodur. Onun altısı qadın olmaqla səkkiz işçisi var.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz